Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:02

Trump deyir ki, İran nüvə sazişinin 'ruhuna' əməl etmir


ABŞ prezidenti Donald Trump deyib ki, İran dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinin “ruhuna” əməl etmir.

Bunun ardınca ABŞ-ın bir sıra xəbər agentlikləri Trump-ın bu sazişi ləğv etməyə hazırlaşdığını yazıblar.

Trump bu bəyanatı oktyabrın 5-də Ağ Evdə Amerika hərbiyyəsinin rəhbərləri ilə müşavirədə verib.

ABŞ mediasında yayılan xəbərlərə görə prezident Donald Trump, İranın 2015-ci ildə imzalanmış nüvə sazişinin tələblərini yerinə yetirmədiyinə dair qərar verməyə hazırlaşır.

Başqa sözlərlə bu, ABŞ-ın İranın 6 dünya gücü ilə imzaladığı nüvə sazişindən çıxması deməkdir.

Trump-ın qərarını elan etməsindən sonra respublikaçıların çoxluğuna malik Konqres 60 gün ərzində İran üzərindəki sanksiyaların bərpası barədə qərar qəbul edə bilər.

Oktybarın 5-də ABŞ-ın bir sıra media qurumlarının verdiyi məlumatlarda deyilir ki, Trump İranla sazişin ABŞ-ın təhlükəsizlik maraqlarına uyğunluğu məsələsini götür-qoy edir.

İranın nüvə sazişinin tələblərinə əməl edib-etmədiyinə dair qərar çıxarmaq üçün Trump-ın oktyabrın 15-dək vaxtı var.

The Washington Post xəbər verib ki, Trump Tehran və dünya gücləri arasında imzalnmış sazişi ABŞ üçün qüvvədən salmaq niyyətini açıqlamağa hazırlaşır.

Amerikanın bir sıra başqa xəbər agentlikləri ABŞ rəsmilərinə istinadən Washington Post qəzetinin məlumatını təsdiq ediblər.

Ağ Evin sözçüsü Sarah Sanders oktyabrın 5-də jurnalistlərə deyib ki, Trump artıq qərarını qəbul edib.

O bildirib ki, prezident bu qərarı qarşıdan gələn günlərdə açıqlayacaq.

2015-ci ildə bağlanmış bu sazişə ABŞ-dan başqa Rusiya, Çin, Britaniya, Fransa və Almaniya da imza atıblar.

Sazişi dəstəkləyənlər bildirirlər ki, onun qüvvədən düşməsi bütün Yaxın Şərq boyunca silahlanma yarışını qızışdıra bilər.

Sazişi tənqid edənlərin fikrincə, bu razılaşma ilə Qərb İrana həddən artıq güzəştə gedib.

ABŞ Konqresində bir çox respublikaçılar bu sazişin əleyhinədirlər, lakin onu imzalamış başqa dünya gücləri sazişi dəstəkləməkdə davam edirlər.

Senatdakı vəzifəli demokrat millət vəkillərindən biri deyib ki, prezident sazişin qüvvədə qaldığını təsdiq etməlidir, “vəssəlam”.

Media xəbərlərində Trump-ın saziş barədə qərarını oktyabrın 12-də bəyan edəcəyini bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG