Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:35

Trump İrana xəbərdarlıq edib


ABŞ prezidenti Donald Trump deyib ki, İran “ədalətsiz olaraq” saxladığı bütün Amerika vətəndaşlarını azad edib qaytarmadıqca bunun “çox ciddi yeni nəticələri” ola biləır.

Trump İranı on il əvvəl bu ölkədə yoxa çıxmış FTB agenti Robert Levinson-u azad etməyə çağırıb. ABŞ prezidenti habelə biznesmen Siyamək Namazinin, onun atası Bagerin və İranda “ədalətsizcəsinə saxlanmış” bütün amerikalıların azad olunmasını tələb edib.

Ağ Ev bildirib ki, son qırx ildə İran həbs və girov götürmədən siyasət aləti kimi istifadə edib.

Bəyanatda deyilir ki, bütün ədalətsizcəsinə həbs edilmiş amerikalılar azadlığa buraxılmazsa, Tehranı çox ciddi nəticələtə gözləyə bilər.

XS
SM
MD
LG