Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 20:13

Trump deyir ki, ABŞ Paris iqlim razılaşmasından çıxacaq


Donald Trump deyib ki, Birləşmiş Ştatlar 2015-ci il Paris iqlim razılaşmasından çıxacaq, çünki bu sənəd ABŞ iqtisadiyyatı üçün ziyanlıdır.

Prezident Trump bildirib ki, o Paris sazişindən çıxdıqdan sonra yenidən bu sazişə daxil olmaq üçün danışıqlar aparacaq və ya tamamilə yeni şərtləri olan sazişin qəbuluna çalışacaq.

AzadlıqRadiosu yazır ki, Trump-ın ziddiyyətli qərarı Birləşmiş Ştatları Paris sazişindən kənarda qalan üç ölkədən biri edəcək. Digər iki ölkə Suriya və Nikaraquadır.

Çinin baş naziri Li Keqiang deyib ki, Pekin Paris razılaşmasının “qlobal konsensus olduğunu başa düşür və beynəlxalq öhdəliklərinin icrasına sadiq qalır”.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying deyib ki, Çin Birləşmiş Ştatların razılaşmadan çıxmasına baxmayaraq Avropa İttifaqı ilə birlikdə bu sənədin qüvvədə saxlanmasına səy göstərəcək.

Çin bütün dünyada karbon qazını ən çox emissiya edən ölkədir. Bu sahədə ikincilik ABŞ-a məxsusdur.

Rusiya prezidenti Vladimir Putin deyib ki, razılaşma “əsas oyunçuların iştirakı olmadan daha az səmərəli olacaq”.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva bu razılaşmaya böyük önəm verir.

AzadlıqRadiosu daha əvvəl ABŞ razılaşmadan çıxarsa, bunun hası qlobal nəticələrinin ola biləcəyindən yazmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG