Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:59

Trump-ın imtina etdiyi abort pulunu Niderland verəcək


Foto: arxiv

Niderland yoxsul ölkələrdə planlaşdırılmayan hamiləliyin qarşısının alınması üçün beynəlxalq qeyri-hökumət təşkilatlarına 10 milyon dollar yardım edəcək.

Rəsmi Amsterdam bu qərarı ABŞ prezidenti Donald Trump-ın bu yardımı ləğv etməsindən sonra verib.

Holland ekspertlərinin qiymətləndirilməsinə görə, yoxsul ölkələrdə icra edilən bu proqramların maliyyələşdirilməsi üçün 600 milyon dollar lazımdır.

Hüquq müdafiəçiləri hesab edirlər ki, yoxsul ölkələrdə abortların aparılması üçün maliyyənin dayandırılması burda kasıbların həyatını daha da ağırlaşdıracaq.

Niderland əhalinin reproduktiv hüququnu müdafiə edən ən liberal qanunların işlədiyi ölkə kimi tanınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG