Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:32

Demokratlar Trump-a qarşı impiçment məsələsini qaldırdılar


 Donald Trump
Donald Trump

ABŞ Nümayəndələr palatasının Demokrat partiyasından olan iki üzvü Brad Sherman və Al Green prezident Donald Trump-a qarşı impiçment məsələsini qaldırılmasını təklif ediblər.

Bu barədə iyulun 13-də Azadlıq Radiosunun Rusiya xidmətiRİA Novosti məlumat yayıb.

Sherman deyib ki, Donald Trump qanunu kobud şəkildə pozub, ötən il prezident seçkisiqabağı kampaniyalar zamanı “Rusiya izlərini” araşdıran Federal Təhqiqat Bürosu-nun direktoru James Comey-i istefaya göndərməklə ədalətin üzə çıxmasını əngəlləyib.

Onların fikrincə Trump prezident andını pozub və məhz vəzifə səlahiyyətlərindən istifadə edərək Rusiyanın seçkiyə qarşıması ilə bağlı istintaqı təzyiq gəstərib.

James Comey və Donald Trump
James Comey və Donald Trump

Konqresmenlər hesab edir ki, James Comey məhz buna görə istefaya göndərilib.

Qeyd edək ki, bu Trumpın səlahiyyətlərinin vaxtındanəvvəl dayandırılması ilə bağlı ilk deputat təşəbbüsüdür.

Amma mənbə yazır ki, demokratların rəhbərliyi hesab edir ki, hələlik impiçmentin vaxtı yetişməyib, çünki onu aşağı palatanın əksəriyyəti təsdiqləməlidir, Respublikaçılar-ınsa bu gün orda 46 səs çoxluğu var.

Müxalifətsə Konqresə alternativ kimi, seçkiqabağı kompaniyalar zamanı Trump-ın komandası ilə Kreml arasında sövdələşmə olub-olmamasını aydınlaşdırmaq üçün müstəqil komisiya yaratmağı təklif edir.

Ağ evin nümayəndəsi Sara Hakabi Sanders demokrat deputatların impiçment təklifini axmaqlıq və pis formada siyasətbazlıq adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG