Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:26

ABŞ prezidenti Donald Trump iyunun 4-də deyib ki, onun Rusiya ilə mümkün sövdələşməsinin araşdrılmasına dair təhqiqatdan özünə əfv vermək hüququ var.

O bu barədə tvit yazıb: “Bir çox hüquq alimlərinin bildirdiyi kimi mənim özümü BAĞIŞLAMAQ üçün tam hüququm var. Amma mən bir səhv iş görməmişəmsə, bu hüququmdan niyə istifadə etməliyəm?”

https://twitter.com/realDonaldTrump/status/1003616210922147841

Rusiyanın 2016-cı ilin ABŞ prezidenti seçkisinə müdaxiləsi barədə iddiaları 2017-ci ilin mayından bəri xüsusi prokuror Robert Mueller araşdırır. Bu təhqiqatın predmetlərindən biri də Trump-ın seçki kampaniyası üzvlərinin davranışı və Trump-ın özünün ədalətə mane olub-olmaması məsələsidir.

Trump bunu da deyib ki, Mueller-in xüsusi prokuror təyin edilməsi Konstitusiyanın pozulması idi.

"Xüsusi prokuroroun təyin edilməsi KONSTİTUSİYAYA ZİDD İDİ! Buna baxmayaraq biz bu oyunu oynayırıq, çünki demokratlardan fərqli olaraq səhv bir iş görməmişik!”

Trump-ın bu bəyanatlarından əvvəl, iyunun 3-də onun vəkillərindən biri olan Rudy Giuliani prezidentin özünə “çox geüman ki” əfv verə bilməsinin mümkünlüyünü dilə gətirmişdi.

Lakin Giuliani xəbərdarlıq etmişdi ki, belə bir addımın “ciddi” siyasi nəticələri ola bilər.

Yanvar ayında Trump-ın vəkilləri Mueller-ə ünvanladıqları məktubda yazmışdılar ki, “Trump çox arzu edərsə bu təhqiqatı dayandıra və hətta özünə əfv vermək səlahiyyətindən istifadə edə bilər”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG