Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Trump yeni büdcə planını təqdim elədi


Donald Trump, ABŞ prezidenti
Donald Trump, ABŞ prezidenti

ABŞ prezidenti Donald Trump Dövlət Departamentinə xərclər,xarici yardımlar, ekoloji proqramlar və digər təşəbbüslərin maliyyələşdirilməsinin ixtisarını nəzərdə tutan büdcə planını təqdim edib.

Azad Avropa və AzadlıqRadiosu koorporasiyasının ( RFE/RL) martın 16-da beynəlxalq informasiya agentliklərinə istinadla yaydığı məlumata görə, Ağ evin martın 16-da açıqladığı planda müdafiə və milli təhlükəsizlik xərclərinin (bura Meksika ilə sərhəddə divarın çəkilməsi də daxildir) 10 faiz artırılması nəzərdə tutulur.

Ən çox ixtisar Dövlət Departamenti (28 %) və Ətraf Mühitin Mühavizəsi agentliyində (31%) edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump hələ seçkiqabağı kampaniyalar zamanı “Əvvəl Amerika“ və vətəndaşlar təhlükəsizliyinin təmin edilməsinin qarşısında duran əsas məsələ olduğunu bəyan eləmişdi.

ABŞ Dövlət katibi Rek Tillerson (Rex Tillerson) bundan əvvəl Tokiyoda büdcə planına münasibət bildirərkən Dövlət Departamentinə mövcud xərclərin çox olduğunu deyib.

Rex Tillerson və Fumio Kishida
Rex Tillerson və Fumio Kishida

O qeyd edib ki, Dövlət Departamentinə xərclər indiki səviyyədə davam etdirilə bilməz.

Ağ ev Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) ümumilikdə 25,6 milyard dollarlıq büdcə təklif edir ki, bu hazırkı xərclərdən təxminən $10.9 milyard azdır.

Dövlət Departamentində belə bir ixtisar Ağ evin 2018-ci il üçün büdcə planının tərkib hissəsidir. Hansıki burda həmçinin xarici yardımlar və ekoloji proqramların azaldılması hesabına hərbi xərclərin artırılması nəzərdə tutulur.

Donald Trumpun büdcə planı 2018-ci il oktyabrın 1-də, ABŞ-da yeni büdcə ili başlayanda qüvvəyə minməlidir.

Amma ordakı bir çox təkliflərin Konqresdə ciddi müqavimətlə üzləşəcəyi gözlənilir, hansı ki, burdakı səsvermə mühümm rol oynayır.

Respublikaçılar Trumpun diplomatiya və xarici yardımlara xərcləri xeyli azaltmasını tənqid edirlər.

Respublikaçı senator Marco Rubio deyib ki, administrasiya təkliflkər verir, büdcəni isə Konqrersdə onlar düzəldirlər.

Marco Rubio
Marco Rubio

Ağ evin büdcə və idarəçilik məsələləri üzrə direktoru Mick Mulvaney isə administrasiyanın dialoqa açıq olduğunu bildirib, amma təklif olunan ixtisarları dəstəkləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG