Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Trump ABŞ-ın nüvə cəbbəxanasını genişləndirmək niyyətindən danışıb


ABŞ prezidenti Donald Trump deyib ki, o ölkənin nüvə cəbbəxanasını genişləndirmək və gücləndirmək niyyətindədir.

Reuters agentliyinə müsahibəsində Trump habelə bildirib ki, “Çin istəsə, Şimali Koreyanın yaratdığı sabitlik təhlükəsi məsələsini çox asanlıqla həll edə bilər”.

Reuters agentliyi yazır ki, cənab Trump bu bəyanatı ilə Pekin üzərinə siyasi təzyiqi artırmaq istəyib.

Birləşmiş Ştatların nüvə silahı barədə Ağ Evə gəlişindən bəri ilk dəfədir ki, söz açan Trump ABŞ-ın nüvə silahı qüdrətinə görə “geridə qalmağa başladığını” deyib.

“Mən ilk adamam ki, heç kəsin nüvə silahına malik olmasını görmək istəmirəm, amma biz bu nüvə qüdrəti məsələsində heç bir ölkədən, hətta bizə dost ölkədən də geridə qalmamalıyıq” – deyib Trump.

"Bu əlbəttə, gözəl bir arzudur ki, dünyada heç bir ölkənin nüvə silahı olmasın, amma başqa ölkələrin nüvə silahı olacaqsa, biz bu dəstənin önündə gedəcəyik” – deyib prezident.

ABŞ və Rusiya arasında strateji silahların məhdudlaşdırılması barədə yeni START kimi tanınanmüqavilə 2018-ci ilin fevralınadək Rusiya və ABŞ-dan, qarşıdan gələn on ildə öz nüvə arsenallarının bərabərləşdirilməsini tələb edir.

Bu müqavilə hər iki ölkəyə döyüş hazırlığı vəziyyətində olan və olmayan, habelə sualtı gəmilərdən,ağır bombardmançılardan və ya yerdən atıla bilən 800 qitələrararası raketlərə mallik olmaq icazəsi verir.

Təhlilçilər Trump-ın bu müqaviləni ləğv etmək və ya başqa döyüş başlıqlarını artırıb-artırmamaq planının olması barədə fikir yürüdürlər.

Reuters-ə müsahibəsində Trump yeni START müqaviləsini birtərəfli adlandırıb.

Trump deyib ki, İranla sazişdə olduğu kimi, START müqaviləsi məsələsində də ABŞ yaxşı razılaşmalar əldə etməyib.

“Biz daha yaxşı müqavilələr imzalayacağıq” – deyibTrump.

ABŞ özünün köhnəlməkdə olan sualtı qayıq, hava bombardmançıları və yerdən atılanraket cəbbəxanasının modernizasiyasına qarşıdan gələn 30 il üçün 1 trilyon dollar ayırıb.

Trump həmçinin gileylənib ki, Rusiya yer səthində qitələrarası raketlərini yerləşdirməklə 1987-ci il müqaviləsini pozub.

Bu saziş Rusiya və ABŞ-a yer səthində ortamənzilli raketlərin yerləşdirilməsini qadağan edir.

Bu məsələni prezident Putinlə söhbətində qaldırıb-qaldırmayacağı barədə suala Trump deyib ki, əgər görüşsələr, o bu məsələni qaldıracaq.

Bununla belə Trump bəyan edib ki, hələlik Rusiya ilə heç bir görüş barədə razılıq əldə edilməyib.

Ağ Evdəki kabinetində müsahibə verən Trump deyib ki, Şimali Koreyanın nüvə raketləri sınaqlarından çox “qəzəblidir” və buna cavab olaraq Yaponiya və Cənubi Koreyanın müdafiə sistemlərinin gücləndirilməsi məsələsinə bir variant kimi baxılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG