Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 19:08

Trump deyir ki, onun Əfqanıstan strategiyası reallığa əsaslanacaq


ABŞ prezidenti Donald Trump deyib ki, onun Əfqanıstandakı yeni strategiyası “ixtiyari vaxt cədvəlinə” yox, bu ölkədəki şəraitə uyğun qurulacaq.

O, avqustun 21-də ölkəyə müraciətində deyib ki, “əsgərlərimizin sayı və ya gələcək hərbi fəaliyyətlər üçün planlarımız barədə” danışmayacaq.

Vaşiqnton yaxınlığındakı Fort Myer bazasında çıxış edən Trump özünün Əfqanıstan və Cənubi Asiya regionunda strategiyalarını elan edib.

O deyib ki, Birləşmiş Ştatlar Əfqanıstana ölkəni qurmaq üçün yox, terrorçuları öldürmək üçün gedib.

Trump həmçinin deyib ki, Birləşmiş Ştatların Əfqanıstanda “şərəfli və davamlı nəticə” üçün plana ehtiyacı var. O əlavə edib ki, buradan tez bir zamanda çıxış “qeyri-məqbul” nəticələrə səbəb ola bilər.

Prezident habelə xəbərdarlıq edib ki, Vaşiqnton bundan sonra Pakistanın Taliban kimi ekstremist qruplara “təhlükəsiz məkanlar” verməsinə göz yummayacaq. Yeri gəlmişkən, İslamabad bu kimi iddiaları rədd edir.

Hazırda ABŞ Əfqanıstanda 8400 hərbçi saxlayır. Bu, ötən il prezident Barack Obama tərəfindən qoyulmuş limitə uyğundur.

Əfqanıstanda həmçinin ABŞ-dan olmayan 5000-likNATO qüvvəsi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG