Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 06:25

Ankaranın 'bir əldə iki qarpız tutması' daha da çətinləşir


Qətər böhranına girişən Türkiyə özünə problem yarada bilər
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

Qətər böhranına girişən Türkiyə özünə problem yarada bilər

Bu ayın əvvəlində yaranmış Körfəz diplomatik böhranı köhnə alyansları və tərəfdaşlıqları sınağa çəkməklə yanaşı, yenilərini də üzə çıxardı. Bu haqda «Al Jazeera» televiziyasının saytında Saeed Al-Haj yazır.

HƏRBİ ƏMƏKDAŞLIQ BİR MÜDDƏTDİR MÖVCUDDUR

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik münasibətləri kəsdilər, hava məkanlarını kommersiya uçuşlarına da bağladılar. Bundan sonra Türkiyə bu blokadanı pislədi, Qətərə ərzaq göndərdi, əsgərlərinin yerləşdirilməsindən ötrü tələsik qanun layihəsi hazırlandı.

Qətərdəki hərbi baza Türkiyənin Yaxın Şərqdə ilk belə hərbi obyekti olacaq. Qətərdə həmçinin, ABŞ hava bazası yerləşir və orada 10 min hərbçi var.

Müəllif Dohayla İstanbulun bu sahədə əməkdaşlığının 2014-cü ildə başlandığını yazır. Hər iki ölkə Misirdəki üsyana dəstək verib, Abdel Fattah el-Sisi-nin hakimiyyətə gəlişiylə nəticələnmiş hərbi çevrilişi pisləyib.

Hər iki ölkə «Müsəlman Qardaşlığı» hərəkatı və «Həmas»ı «terrorçu» adlandırmaqdan imtina edib və Suriyada prezident Bashar al-Assad-la savaşan üsyançılara arxa durub.

ALYANSLARIN DİVERSİFİKASIYASI

«Türkiyənin Qətərlə qonşularının mübahisəsinə qoşulması ölkənin regional məsələlərə ənənəvi yumşaq yanaşmanı tərk etməsinin göstəricisidir. Hakim AKP getdikcə daha çox Türkiyənin regional və qlobal arenada təsirini genişləndirməyə çalışır. Digər tərəfdən, Türkiyənin NATO-da bir neçə tərəfdaşla ziddiyyətləri onu yeni tərəfdaşlar axtarmağa, ölkənin Qərb müttəfiqlərindən asılılığını balanslaşdırmaqdan ötrü alyanslarını diversifikasiya etməyə sövq edib», – müəllif yazır.

Türkiyə ordusu
Türkiyə ordusu

Türkiyənin hazırda Əfqanıstanda, İraqda, Bosniyada və Kosovoda sülhyaratma, humanitar və digər missiyaları var. Bu il Somalidə də hərbi təlim düşərgəsi qurması haqda məlumatlar gəlir. Bu düşərgədə «Aş-Şabab» qruplaşmasıyla savaşan Somali əsgərlərinə təlim keçiləcək.

Ankara arada Suriyanın şimalında «İslam Dövləti» (İŞİD) və kürd yaraqlılarını bombalayır.

«Qətərdəki hərbi baza Türkiyədən ötrü vacib layihədir. Bu onu göstərir ki, Türkiyə Qətərlə müdafiə əlaqələrinə regionda strateji mövqeyinin vacib sütunu kimi baxır. Həm də onu göstərir ki, Ankara regional tərəddüdlərə görə uzunmüddətli strategiyasını dəyişən deyil», – türkiyəli təhlilçi Can Kasapoğlu «Al Jazeera»ya deyib.

HƏSSAS DURUM

Qətər üçünsə Türkiyəylə müdafiə əməkdaşlığı ölkənin ABŞ-dan tam asılılığının azalması deməkdir. Özəlliklə də, Yaxın Şərq siyasəti elə də aydın olmayan indiki ABŞ administrasiyası dönəmində bu, çox vacibdir.

«İstənilən halda, Körfəz böhranı Türkiyədən ötrü çox həssas durum yaradıb. Axı, bu ölkə digər Körfəz ölkələriylə də yaxşı münasibətlər saxlayıb, çoxlarıyla hərbi əlaqələri möhkəmləndirib.

Türkiyə diplomatik münaqişəni həll etməyə, vasitəçi rolunu oynamağa çalışdı. Ankara ta əvvəldən Dohanı müdafiə etdi, Körfəz liderlərini blokadaya son qoymağa çağırdı, ancaq aydın anti-Səudiyyə mövqeyi də tutmadı.

Artıq böhran üçüncü həftəyə daxil olur. Bu arada Ankaranın eyni vaxtda Səudiyyə Ərəbistanı və Qətərlə sıx əlaqələr saxlaması daha da çətinləşir», – müəllif yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG