Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:25

Kremlin trolunun etirafları


Troll
Troll

«The Moscow Times» qəzeti Kremlin keçmiş trolunun etiraflarını dərc edib. Sayt müsahibənin ilk dəfə Rusiyanın «Bumaga» xəbər portalında yayıldığını qeyd edir.

Trol deyib ki, ABŞ-dakı seçkilər onların əsas hədəfiymiş.

AYA 80-90 MİN RUBL

«Hər gün müxtəlif saxta səhifələrə 200 şərh, 20 xəbər yazırdıq. «Fabrik»də fərqli komandalar fərqli mövzularda yazırdıq. 2016-cı ilin sonunda dəqiq bilirdim ki, Ukrayna böhranı və ABŞ seçkilərinə baxan departamentlər var. Müqaviləmə görə, işlədiyim departamenti açıqlaya bilmərəm», – o söyləyib.

Bu şəxs 2014-cü ildə fəlsəfə üzrə dərəcə alıb və iş tapmayıb, heç hara üz tutacağını da bilməyib. Xeyli borcu yığılıbmış. Sonra həmin «trol fabriki» haqda oxuyub və anlayıb ki, orada tezbazar pul qazana bilər. Deyir, həmkarlarından çoxu bu yolla iş əldə edibmiş.

«Müsahibəyə gələndə bilirdim ki, internetdə hökumətpərəst təbliğat yazmalı olacağam. Məndən «Birləşmiş Ştatlarda faşist elementləri» barədə yazmağı istəyəndə təəccüblənmədim. Bir az utandım, amma həm də əyləncəli idi», – deyən trol yetərincə qazandığını, hətta Rusiyadakı iqtisadi böhranın onlara təsir göstərmədiyini vurğulayıb. Deyir, bir müddət işləyəndən sonra bonuslarla birlikdə aya 80-90 min rubl qazanmaq olarmış: «Doğrudan da, ancaq buna görə həmin işdə qaldım. Özümü bu müddətə «Mazda 6» ala bilmişdim».

Troll. Karikatura
Troll. Karikatura

«SİYASƏTÇİLƏR EKSPERT TROLLARDIR»

Peşəkar trol ünsiyyət qurduğu adamları hiss etməli, onların verəcəyi reaksiyanı duymalıdır. Bunu deyən trol işində kreativliyi itirməməyin zəruri olduğunu, hər gün yazmağa yeni bir şey tapmağın gərəkdiyini vurğulayıb.

«Məncə, Dövlət Dumasının deputatı Vitaly Milonov-dan ideal internet trolu çıxardı. Bu adamın dediklərinin hamısı qeyri-adi dərəcədə fantastik görünür. Elə sonuncu qanun layihəsini götürün, müxalifətin yürüşlərinə qatılan hər kəsin cəzalanmasını təklif edir. Dəlilikdir. Heç kəs də bu boşboğazlığı ciddi qəbul etmir».

Trol ölkə patriotlarının müxalifət fəalı Alexei Navalny, onun martın 26-da korrupsiyaya qarşı təşkil etdiyi etiraz aksiyasıyla bağlı mövzuları sevmədiklərini də dilə gətirir.

FAYDASI DA YOXDU, ZİYANI DA

«Düzünü desəm, bu işdən cəmiyyətin hansısa qazancının olduğunu deyə bilmərəm. Orda işləməyimə həmişə utanırdım, hətta heç kəsə deməməyə çalışırdım. «Trol fabrikləri»nin cəmiyyətə faydası yoxdur. Görünür, bunu hamı anlayır, amma qazanmağa çalışırlar», – müsahib vurğulayır.

Ancaq onun fikrincə, bu işin heç kəsə ziyanı da dəymir: «Məncə, işimizin elə bir nəticəsi də yoxdur, hər halda arxamızda duranların gözlədiyi nəticə görünmür. Heç kəs yazdıqlarımıza inanmır, nə özümüz, nə oxucularımız. Trollar trollarla mübahisə edir. Mənə elə gəlir, adamların böyük əksəriyyəti bu tip şərhlərə inanmır».

TROL SƏNAYESİ DƏYİŞİR

«Trollar peşələrini sevmirlər. Amma indi hər şey dəyişir: «fabrik» barədə mediada məlumatla yayılandan menecment işçi qüvvəsini azaltmağa çalışır. Mən qovuldum. İndi onlar yazdıqlarına, doğrudan da, inananları işə cəlb edirlər. Pulla şərh yazmaqdan ötrü patriot olduğunu sübut etməlisən. Menecerlər ümid edirlər ki, bu yolla casus riskini azaldacaqlar», – keçmiş trol deyir.

Qeyd edək ki, şirkətin əvvəlki işçiləri Maltseva və Savchuk «fabrik»ə qarşı məhkəmə iddiası qaldırıb və işlərini mətbuatın müzakirəsinə çıxarıb.

XS
SM
MD
LG