Keçid linkləri

2017, 23 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 01:10

Güclü dolu Tovuzun kəndlərini iflic edib [video]


Tovuzun kəndlərinə düşən dolu (yerli sakinlərin çəkib göndərdiyi foto). 14iyun2017

Son günlərdə hava şəraitinin qeyri-sabit keçməsinin Tovuz rayonunda təsərrüfata ziyan vurduğu bildirilir. İyunun 10-dan başlayaraq rayona bir neçə dəfə güclü dolu yağıb.

Dolunun daha çox Tovuzun Qədirli, Əlimərdanlı, Mülkülü, Qaraxanlı, Xatınlı, Muncuqlu, Qoşa, Pələkli Çatax kəndlərinə ziyan yetirdiyi bildirilir. Dolu nəticəsində kəndlərin əkin-biçin sahələrinə, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Qaraxanlı kənd sakinlərindən Əhməd Rzayev açıqlamasında indiyədək belə dolunun müşahidə olunmadığını bildirib. Kənd sakini qeyd edib ki, əksər evlərin dam örtükləri zədələnib.

Buna da bax:​ Güclü külək və leysan fəsadlar törədib

“Avtomobillərinin şüşələri qırılan sakinlər də var. Əlimərdanlıda (kənd) bir nəfərin başından xəsarət aldığını da deyirlər. Toyuq-cücəsi, qaz-ördəyi məhv olanlar var”, – deyən Ə. Rzayev dolunun düşdüyü kəndlərin əsas məşğuliyyətinin kartofçuluq olduğunu, onların ciddi ziyan çəkdiyini bildirib.

Digər kənd sakini Şahlar Mirzəyev da kartof sahələrinin məhv olduğunu bildirib.

Tovuz rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, dolu əsasən rayonun 6 kəndini tutub.

Buna da bax: Göyçaya dolu düşüb, elektrik kəsilib...

İcra hakimiyyətindən kəndlilərə dəymiş ziyanın hesablandığını, əlavə detallı bilgi veriləcəyini bildiriblər.

XS
SM
MD
LG