Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Torontoda avtofurqon piyadaları vurub: 10 ölü


Torontoda hücum. 23 aprel 2018

Kanada polisi bildirir ki, Torontoda sürücü kirayə götürdüyü avtofurqonu piyadaların üstünə sürüb, 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Polis və şahidlər bunun “məqsədli” hücum təsiri bağışladığını bildirir.

Hakimiyyət daha öncə terrorçuluq motivini çıxdaş etmişdi.

İctimai təhlükəsizik naziri Ralph Goodale Twitter-də yazıb ki, “bu dəhşətli hadisəylə milli təhlükəsizlik arasında əlaqənin OLMADIĞI görünür”. Hökumət bu insidentdən sonra terrorçuluqla bağlı həyəcan səviyyəsini qaldırmayıb.

Polis 25 yaşlı sürücü Alex Minassian-ı saxlayıb. Onun Torontodan olduğu bildirilir.

Kanada Yayım Korporasiyasının efirı verdiyi videoda polisin şübhəlini saxlayarkən onun “Məni öldürün” deyə qışqırdığı görünür. Həmin videonu yoldan keçən birinin lentə aldığı qeyd olunub.

Hüquq mühafizə orqanları ilkin təhqiqata istinadla bildirirlər ki, bu hücumla Torontoda keçirilən G7 tədbirinin əlaqəsi olmayıb.

***

Kanadanın Toronto şəhərində polisin verdiyi xəbərə görə avtofurqon səkiyə çıxaraq piyadaları vurub.

Hadisə nəticəsində 9 nəfərin öldüyü, 16 nəfərin xəsarət aldığı bildirilir.

Sürücü Yonge Street və Finch Avenue küçələrinin kəsişməsində, aprelin 23-də baş vermiş hadisənin yerindən qaçıb, lakin bir neçə məhəllə aralıda həbs olunub.

Şübhəlinin zahiri görünüşü, adı, yaşı, cinsi və mümkün motivi barədə heç bir məlumat verilmir.

Kanadanın ictimai təhlükəsizlik naziri Ralph Goodale deyib ki, hadisənin beynəlxalq terror aktı olub-olmadığını demək hələlik tezdir.

Toronto polisinin sözçüsü Gary Long deyib ki, ağ avtofurqon bordyura qalxaraq səkiyə çıxıb və 10-dək piyadanı vurub.

Yaxınlıqdakı metro stansiyası bağlanıb.

Hadisıənin baş verdiyi vaxt buradan 30 kilometr aralıda G7 ölkə başçılarının danışıqları keçirilirdi.

XS
SM
MD
LG