Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:04

Tony Blair siyasi səhnəyə qayıdır


Tony Blair

Britaniyanın keçmiş baş naziri Tony Blair siyasi səhnəyə yenidən qayıdır. Bu barədə özü danışıb, deyib ki, məqsədi Brexit-ə qarşı mübarizə aparmaqdır, amma iyunun 8-də keçiriləcək parlament seçkilərinə qatılmayacaq.

1997-2007-ci illərdə baş nazir olmuş Blair Brexit-in tənqidçisidir və deyir ki, Avropa Birliyindən çıxması ölkə üçün təhlükə yaradır.

“Brexit məsələsi siyasi səhnədə daha aktiv iştirak etmək üçün mənə motivasiya verdi” – mayın 1-də “Daily Mirror” qəzetində dərc olunmuş müsahibəsində Blair belə deyib. “Əlinizi çirkaba bulamaq ehtiyacı yaranıb və mən bunu edəcəm” – deyə bildirib.

Daha sonra əlavə edib: “Bu tarixi hadisənin yanından səssiz ötüb keçmək istəmirəm, mənim indi susmağım o demək olar ki, bu ölkənin taleyinə biganəyəm. Mən dinc qalmayacam”.

Blair Britaniya siyasətində hələ də nüfuzu olan biridir, baxmayaraq ki, ictimaiyyət arasında adı hələ də İraqda müharibə ilə bağlı hallanır.

2016-cı ilin iyun ayında referendumda britaniyalılar ölkələrinin Avropa Birliyindən çıxmasını dəstəkləyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG