Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:17

Azərbaycanlı 'Tom dayı'nın daxması [Video]


Azərbaycanlı 'Tom dayı'nın daxması
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Azərbaycanlı 'Tom dayı'nın daxması

ZİYA-TOM

Bakıda köhnə kitabların satıldığı bir məkan var - adı “Tom dayının daxması”dı.

Nizami metrosu yaxınlığında Ziya Balıyevin işlətdiyi “bukinist” bu adla tanınır.

Elə alıcıların da çoxu onu “Tom dayı” deyə çağırır:

"Düzü, mağazanın adını seçməkdə bir az tərəddüd etdim. Özümün də cızmaqara elədiyim bir əsər var- “Tom dayı və Çarli”. Elə kitabçı dostum Xan Rəsuloğlu ilə də məsləhətləşdim. O mənə dedi ki, əgər mağazaya bir ad qoyursansa, o əsərin adı ilə bağlı qoy ki, əsərin adı da bir az tanınsın. Fikirləşdim “Tom dayı”nın adı ilə bağlı nə qoya bilərəm. Ən uyğunu “Tom dayının daxması” oldu. Həm Amerika ədəbiyyatında əsər adıdır, həm də kasıblardan, qullardan bəhs edir. Bura da bir az kasıb məkandır, daxmanı xatırladır. Ona görə də ən uyğun addır “Tom dayının daxması”…"

Ziya Balıyev
Ziya Balıyev

Buna da bax: ABŞ-ın 25 ən yaxşı romanı

ƏSAS ALICILAR

Əvvəllər İnternet üzərindən kitab satan Ziya sonradan mağaza açmaq qərarına gəlir.

Deyir, elə gün olur heç 1 kitab da sata bilmir. Elə gün də olur, 400-500 kitab birdən satılır.

"Mən əvvəl elə fikirləşirdim ki, kitabı ən çox tələbələr, gənclər alacaq. Amma daha çox 27-30 yaş və bu yaşdan yuxarı olanlardır alanlar. Tələbələr elə də maraq göstərmirlər. Çünki gənclər kiril qrafikası ilə olan kitabları oxuya bilmirlər. Onlar təzə kitab axtarırlar, bura da uyğun deyil onlar üçün."

Buna da bax: ‘Küləklə sovrulanlar’ da tarixin və siyasətin imtahanına çəkilir

"CİDDİ" VƏ "QEYRİ-CİDDİ" YAZARLAR

Köhnə kitabların qiyməti 20 qəpik-1 manat arası dəyişir. Dükana təzə nəşrlər az gətirilir, amma Ziya deyir, onları da ucuz satmağa çalışırlar:

"Mən on-line olaraq kitab satanda oxucular ən çox qeyri-ciddi kitablar alırdılar, məsələn Elxan Elatı soruşurdular, Çingiz Abdullayev, Rövşən Abdullaoğlu.. Amma bu dükandan daha çox ciddi kitab soruşurlar. Jan Jak Russo, Con Stüart Mill, Darvin... Tarixi kitablara da çox maraq var. Tarixi kitablar məndə ən çox satılanlardır".

Amerika yazıçısı Harriyet Biçer-Stounun 19-cu əsrdə yaratdığı ”Tom dayı” obrazı beləcə 21-ci əsrin Bakısında özünə koma qurub.

Ziya deyir, indi planı odur ki, bu komaların sayını artırıb dükan şəbəkəsinə çevirsin.

Buna da bax: 'Vasif Talıbov deyir, oxuyun, adam olun da!' - Naxçıvanlı deputat

'Vasif Talıbov deyir, oxuyun, adam olun da!' - Naxçıvanlı deputat
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG