Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 15:06

İz-Toğrulsuz 4 il…Unutmadıq


Togrul Nərimanbəyov (1930-2013)

Iyulun 3-də tanınmış Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun torpağa tapşırılmasından 4 il keçdi.

Ancaq sevdiyi, həyatının böyük və önəmli hissəsini həsr etdiyi Azərbaycanda bu tarixi heç kəs xatırlamadı...

Toğrul 2013-cü il iyunun 2-də Fransada-Parisdə-ana vətənində 82 yaşında dünyaya gözlərini yummuşdu.

DÜZ BİR AY DƏFN OLUNMADI

Düz bir ay dəfn olunmadı böyük rəssam.

Düz bir ay qızıyla həyat yoldaşı arasında məhkəmə çəkişməsi davam etdi.

Qızı vəsiyyətinə görə onun Bakıda, həyat yoldaşı Parisdə dəfn olunmasını istəyirdi.

Sonda Paris məhkəməsi Parisdə dəfni seçdi və rəssam iyulun 3-də şəhərin mərkəzində yerləşən və əsası 1820-ci ildə qoyulan Passi qəbiristanlığında dəfn olundu.

VƏTƏNİNDƏ UNUDULDU...

Və Toğrul Nərimanbəyov ölümündən sonra ata yurdunda unuduldu.

Sağlığında şəninə söylənən sözlər sanki heç yoxmuş.

Heç iki il öncə 85 illiyində də xatırlanmadı...

Narı Azərbaycanın vizit kartına çevirmiş rəssam yaddan çıxdı.

Amma vətəndə nar həmişə gündəmdədir.

BİZ UNUTMADIQ

Amma biz unutmadıq.

AzadlıqRadiosunun “İz” proqramı Toğrul Nərimanbəyova həsr etdiyi “Sadəcə Toğrul” radiodastanını bu şöhrətli rəssamın ölümünün 4-cü ilində səsləndirəcək.

İyulun 9-da saat 23-də Toğrul Nərimanbəyovun təkrarsız rənglər dünyasının izinə düşün, onun maraqlı həyat tarixçəsini dinləyin.

Vətəndə bir xatırlayan belə dünyadan köçmüşlərin ruhunu şad edər.

Xatırlayın!

Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG