Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 16:34

ABŞ Pakistanı müttəfiqlikdən ‘çıxara’ bilər?


ABŞ dövlət katibi Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson deyib ki, İslamabad Taliban və başqa ekstremist qruplara qarşı sərt tədbirlər görməsə, Birləşmiş Ştatlar Pakistanı cəzalandırmaq və onu “böyük qeyri-NATO müttəfiqi” statusundan məhrum etmək məsələsinə baxa bilər.

Tillerson avqustun 22-də jurnalistlərə deyib ki, ABŞ Pakistanın daxilində terrorçu təşkilatların sığınacaq tapmasının şahidi olub və bu təşkilatlar Əfqanıstandakı sülh prosesini pozmaq məqsədilə Amerika hərbçilərinə və rəsmilərinəqarşı hücumları da burada hazırlayırlar.

Bundan əvvəl, avqustun 21-də ABŞ prezidenti Donald Trump regiondakı ekstremist qruplara iddia edilən dəstəyinə görə İslamabada xəbərdarlıq etmişdi.

Trump Talibanla mübarizənin davam etdirilməsi üçün ABŞ qoşunlarının göndəriləcəyini demiş, lakin əsgəri qüvvənin sayına aydınlıq gətirməmişdi.

Tillerson deyib ki, Pakistan tamamilə fərqli yanaşma nümayiş etdirməlidir və ABŞ ona özünü terrorçu təşkilatlardan qorumaqda dəstək verməyə hazırdır.

Bununla belə, dövlət katibinin sözlərinə görə ABŞ-ın Pakistana dəstəyi İslamabadın ekstermist qruplaşmalarla mübarizəsininn nəticələrindən asılı olacaq.

Tillerson deyib ki, əks halda Pakistan ABŞ-ın “böyük qeyri-NATO müttəfiqi” statusunu itirə bilər.

Pakistan hazırda ABŞ-ın “böyük qeyri-NATO müttəfiqi” statusunu verdiyi 16 ölkədən biridir. Birləşmiş Ştatlar bu ölkələrə geniş hərbi yardımlar göstərir.

Son illərdə ABŞ-Pakistan münasibətləri təlatümsüz olmayıb. Buna səbəblərdən biri də Əl-Qaeda lideri Osama bin Ladenin bu ölkədə gizlənməsi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG