Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 11:05

Trumpun Dövlət katibliyinə namizədi 180 milyon dollarlıq paket alacaq


Rex W. Tillerson

“ExxonMobil” in keçmiş rəhbəri Tex Tillerson korporasiyadan 180 milyon dollar məbləğində paket alacaq.

Qeyd edək ki, yeni ABŞ prezidenti seçilmiş Donald Trump Tillersona Dövlət katibi vəzifəsini təklif edib.

Bu barədə “Wall Street Journal” məlumat yayıb.

Əgər Senat onun namizədliyini təsdiq eləsə, ExxonMobil etimad fonduna, şirkətin 2 milyon dollarlıq aksiyası dəyərində pul qoyacaq.

Bu isə Tillersonun ona məxsus 600 min aksiyanı (54 milyon dollar) fonda satmasına imkan yaradacaq.

ExxonMobil Fonda veriləcək aksiyaları sərmayə kimi istifadə edə bilməz və 10 il ərzində Tillersona pul ödəyəcək.

Nəticədə keçmiş baş direktor pensiyaya çıxacağı haldan 7 milyon dollar az alacaq.

ExxonMobil mürəkkəb vəziyyətdən yaxşı şəkildə çıxmaq istəyir.

Koorporasiya hesab edir ki, Tillersonu bütün ödəmələrdən məhrum eləmək ədalətsizlik olardı, səhmlərin ona verilməsi isə böyük problem yaradardı.

Ona görə də ExxonMobil onun qazandığı pulları kompensasiya eləmək və şirkəti qorumağa çalışır.

Tillerson institutu bitirən gündən ExxonMobilə gəlib və mühəndislikdən şirkət rəhbərliyinədək karyeranın bütün pilləkənlərini keçməli olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG