Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 21:09

Neonasist sayt Rusiya və ABŞ-da internetdən çıxarılıb


İnternet

ABŞ-ın ziddiyyətli neonasist veb-saytının naşiri elan edib ki, Rusiyada domen alandan az sonra internetdən tamamilə çıxarılıb. Bu, avqustun 16-da baş verib.

«The Daily Stormer» veb-saytının rəhbəri Andrew Anglin «The Associated Press» agentliyinə deyib ki, Birləşmiş Ştatlarda və Rusiyadan qovulduqdan sonra o, irqçi baxışlarını yaymağa yer tapmır.

RUSİYADA BİR NEÇƏ SAAT YAYIMLANIB

«Aydındır ki, ölkələr məni sadəcə internetdən çıxara bildiklərinə inanırlar», – Anglin AP-yə e-mail-lə yazıb.

«The Daily Stormer» bu həftənin əvvəlində dailystormer.com domeninə nəzarəti itirib, belə ki «Google» və «GoDaddy» şirkətə xidmət göstərməkdən imtina edib.

Bu addım veb-sayta qarşı sosial media kampaniyasına cavab olaraq atılıb. Səbəb də veb-saytın ötən həftəsonu Virciniya ştatında irqçilərin yürüşündə həlak olmuş qadına hücumlarıdır.

Avqustun 15-də ABŞ-da veb-sayta giriş mümkün olmayıb, ancaq ertəsi gün səhər veb-sayt Rusiyada dailystormer.ru domenində yayılıb.

Daily Stormer adını nasistlərin propoqandasını yayan «Der Sturmer» qəzetindən götürüb.

DÖRD DOMENDƏN ÇIXARILIB

Anglin bir neçə saatlığa Rusiya domeni vasitəsiylə qızışdırıcı bəyanatlarını yaya bilib. O, Virciniyada öldürülmüş Heather Heyer-i «yararsızlıq təcəssümü» adlandırmışdı və bu da sosial mediada qəzəb doğurmuşdu.

Həmin yürüşdə nasistlərə rəğbət etdiyi bildirilən bir şübhəli maşını etirazçıların üstünə sürəndə qadın həlak olub.

Anglin AP-yə deyib ki, artıq dörd domendən çıxarılıb və əksər domen qeydiyyatçıları «nifrət çıxışı»nı yasaqladığından onun daha variant qalmayıb.

«Onlar mənim domen qeydiyyatdan keçirməyimi qadağan ediblər», – o, AP-yə deyib.

Avqustun 16-da «Twitter» və «Facebook» sosial şəbəkələri bildiriblər ki, «The Daily Stormer»ə bağlı hesabları və veb-saytları bağlayıblar. Şarlottsvill şəhərindəki yürüşün təşkilində də bu veb-saytın rolu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG