Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:22

Londonda Dəmir ledinin bürünc heykəlini ucalda bilmirlər


Margaret Thatcher-in Folklend adalarındakı abidəsi

Britaniyada Dəmir ledi – Margaret Thatcher-in bürünc heykəlini heç cür ucalda bilmirlər.

“The Telegraph” yazır ki, ölkənin ilk qadın baş nazirinin hündürlüyü 3 metr olan abidəsinin parlament binasının yaxınlığında qoyulması üçün Uestminister bələdiyyəsinə müraciət edilib.

Lakin bu heykəlin qoyulmasına Kral Parklar Agentliyi və Rəqəmsal Mədəniyyət, Media və İdman Nazirliyi rəsmi etiraz bildiriblər.

Bu təşkilatların arqumenti budur ki, layihənin həyata keçirilməsi üçün baronessa Thatcher-in ailəsindən icazə alınmayıb.

Britaniya hökuməti narahatdır ki, heykəl, xanım Thatcher-ə onun sərt siyasətini bu gün də bağışlamayan solçu etirazçılar tərəfindən vandalizm hücumuna məruz qala bilər.

Beləliklə, heykəlin indiyədək qoyulmamasına iki fərqli səbəb göstərilir, lakin əslində hər iki səbəbin kökü eynidir.

Thatcher ailəsi abidəyə qarşı hörmətsizlik edilməyəcəyindən əmin deyil.

Dəyəri 300 min funt sterlinq olan heykəl İctimai Abidələr xeyriyyə cəmiyyəti tərəfindən 2013-cü ildə, ledi Thatcher-in ölümündən az sonra sifariş edilib.

Lakin heykəlin kompozisiyasından keçmiş baş nazirin qızı Carol Thatcher narazıdır. Carol xeyriyyə təşkilatına göndərdiyi məktubda anasının qolunda çanta olmamasına etiraz edir.

Margaret Thatcher-in Guildhall Art Gallery salonunda qoyulmuş mərmər heykəlinin başını dəmir dəyənəklə vurub salmlışdılar
Margaret Thatcher-in Guildhall Art Gallery salonunda qoyulmuş mərmər heykəlinin başını dəmir dəyənəklə vurub salmlışdılar

Cəmiyyət Carol Thatcher-dən belə bir məktub aldığını etiraf etsə də, heykəlin hətta çantasız da ucaldılması üçün mübarizə aparacağını bildirib.

İctimai Abidələr xeyriyyə cəmiyyətinin həmtəsisçisi Ivan Saxton deyir ki, Carol əvvəlcə “dəmir ledi” adını qazanmış anasının heykəlinin dəmirdən olmamasına etiraz edirdi, indi isə onun qolunda çanta olmamasından narazıdır.

Bu da qeyd olunmalıdır ki, Dəmir ledinin 2 metr 13 santimetr hündürlüyündə başqa bir heykəli artıq nümayəndələr palatasının mərkəzi lobbisində ucaldılıb.

Bu heykəl 2003-cü ildə hazırlananda Margaret Thatcher hələ sağ idi və parlament “xüsusi hallarda” sağ insanlara heykəl qoyulmasına icazə verən qanun düzəlişini bu abidəyə görə qəbul etmişdi.

Heykəl 2007-ci ildə parlament binasının içində qoyulmuş və xanım Thatcher onu ilk dəfə görəndə “mən əlbəttə dəmirə üstünlük verərdim, amma, eybi yox, bürünc də yarayar” demişdi.

“The Telegraph” yazır ki, Winston Churchill-in Parlament meydanındakı məşhur heykəli də əvvəllər solçu fəallar tərəfindən hədəflənib.

2010-cu ildə təhsil haqqı ilə bağlı qanun müzakirə ediləndə Parlament meydanına 30 min tələbə toplaşmış və son nəticədə heykələ qarşı hörmətsizlik edilmişdi.

Heykəlin postamentində “irqçi müharibə qızışdıran” kimi qraffitilər yazılmışdı. Daha təhqiramiz qraffitilər də vardı…

Winston Churchill-in məşhur heykəli də solçuların hücumlarına məruz qalıb
Winston Churchill-in məşhur heykəli də solçuların hücumlarına məruz qalıb

2002-ci ildə Margaret Thatcher-in LondonunGuildhall Art Gallery salonunda qoyulmuş mərmər heykəlinin başını dəmir dəyənəklə vurub salmışdılar.

50 min funt sterlinq dəyərində olan həmin heykəli parlament sifariş etmişdi.

Lakin xanım Thatcher-in ailəsi onun ən azı bir abidəsinin onu sevməyənlərin hücumuna məruz qalmayacağından arxayın ola bilər. Çünki burada Margaret Thatcher-i sevməyən yoxdur.

Söhbət Britaniyadan minlərlə kilometr aralıda olan Folklend adalarından gedir. Dəmir ledi bu adalara və onun kiçik ingilis icmasına görə 1982-ci ildə Argentina ilə müharibə edib.

Adaların baş şəhəri Stenlidə Margaret Thatcher-in büstünü onun oğlu Mark sifariş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG