Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 09:57

Texas kilsəsində azı 26 nəfər öldürülüb - YENİLƏNİB


Suzerlend Sprinqdəki kilsə

Texasın qubernatoru Greg Abbott deyir ki, kilsədəki atışmada azı 26 nəfər öldürülüb. Bronjilet geyinmiş bir kişi kilsəyə girərək avtomat silahdan atəş açmağa başlayıb.

Hadisə noyabrın 5-də səhər tezdən Suzerlend Sprinqs-də Birinci Baptist kilsəsində baş verib.

Atışmada 20-dək adamın yaralandığı xəbər verilir.

Associated Press, CBS və CNN hüquq-mühafizə rəsmilərinə istinadla yazırlar ki, hücum edənin 26 yaşlı Devin Patrick Kelley olduğu müəyyənləşib. Onun San Antonioda yaşadığı, hansısa terror qrupuna bağlı olmadığı bildirilir.

Rəsmilər silahlı bir mülki şəxsin hücum edəni əngəllədiyini qeyd edir. Polis təqibindən sonra o, öz maşınından ölü tapılıb.

Asiyada səfərdə olan Prezident Donald Trump bu hadisəni pizləyib, onu “dəhşətli atışma”, “şeytan əməli” adlandırıb.

***

ABŞ-da Texas ştatındakı kilsələrdən birində baş vermiş atışma nəticəsində azı 20 nəfər həlak olub.

ABC News saytının verdiyi xəbərə görə noyabrın 5-də baş vermis hadisədə daha 30 nəfər yaralanıb.

CBS News şəbəkəsinin xəbərində isə 27 nəfərin öldürüldüyü və daha 25 nəfərin yaralandığı bildirilir.

Polis atəş açan şəxsin öldürüldüyünü xəbər verir.

Atışma San Antonio şəhərinin 50 kilometrliyində yerləşən kiçik bir icmada – Suzerlend Sprinqsdəki Baptist kilsəsində baş verib.

Hazırda Asiyaya səfərdə olan prezident Trump Tvitterdə yazıb ki, hadisəni FTB araşdırır və bu araşdırmaya o şəxsən özü nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG