Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:18

İmtahan üçün ödəniş məbləği müzakirə olunur


Foto:arxiv

"Hazırda dövlət qulluğuna qəbulun test imtahanında iştirak üçün ödənişin məbləği müəyyənləşdirilir, qiymətlər müzakirə olunur”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, qəbul imtahanlarında iştirakla bağlı tariflər DİM-in Direktorlar Şurasının iclasında müzakirə olunub:

“Hazırda sənədlər Tarif (qiymət) Şurasında təqdim olunmayıb. Lakin bu ay ərzində təqdim edilməsi nəzərdə tutulub”.

M. Abbaszadə qəbul imtahanında iştirak zamanı ödəniləcək konkret tarifi açıqlamasa da qeyd edib ki, indiyə qədər dövlət büdcəsindən hər bir şəxs üçün çəkilən xərc daxil olmaqla, onun üzərinə 18 faiz əlavə dəyər vergisi gələcək:

“Əlavə dəyər vergisi tətbiq olunmalıdır, çünki biz artıq dövlət orqanı yox, publik hüquqi şəxsik”.

DİM-in Direktorlar Şurasının sədri buraxılış imtahanlarında iştirakın pullu olmasına da münasibət bildirib: “Buraxılış imtahanları dövlət büdcəsi hesabına keçiriləcək. Hazırda büdcədən bu vəsaitin hansı formada bizə verilməsi müzakirə olunur”.

Günün bütün mövzuları

XS
SM
MD
LG