Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 11:02

MN: 'Ermənistan iriçaplı pulemyotlardan istifadə edib'


Atəşkəslə bağlı 23 iyul açıqlaması

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlıbölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 126 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın Noyemberyan , İcevan rayonlarından Qazax rayonunun Kəmərli, Qaymaqlı, Fərəhli, Bala Cəfərli , Berd rayonundan daTovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Qaraqaşlı, Kəngərli, Novruzlu, Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Buna da bax: Putin Əliyevlə görüşdə: 'Vəziyyət sadə deyil'

Habelə, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Ancaq atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atış səsləri eşidilir. Tərəflər buna görə adətən bir-birlərini ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG