Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:06

Qarabağda İŞİD-çilər döyüşür?


İŞİD yaraqlısı
İŞİD yaraqlısı

-

Müdafiə Nazirliyi Rusiyanın «LifeNews» telekanalının Dağlıq Qarabağ ətrafındakı hərbi əməliyyatlara Suriyadan gələn azərbaycanlıların da qoşulması barədə deyilənləri təkzib edib.

«Telekanalın Suriyada İŞİD terrorçularının tərkibində döyüşən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyədən Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır»,- deyə nazirlik bildirib.

Nazirlik belə xəbərlərin arxasında Ermənistanın hərbi və siyasi rəhbərliyinin dayandığını deyib: «Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün yetərlidir. İstənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülh və milli təhlükəsizliyə ciddi təhdiddir».

Nazirlik bildirir ki, hər hansı niyyətlə Azərbaycan ərazisinə keçməyə çalışan terror təşkilatı üzvləri müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar.

XS
SM
MD
LG