Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Aprel, bazar, Bakı vaxtı 23:07

45 ildə terrordan 10 min adam həlak olub


Adanada terror

Berlində bayram yarmarkasına, eyni vaxtda İsveçrədə məscidə hücum, Türkiyədə Rusiya səfirinin qətli bütün Avropanı silkələyib. Qərb mətbuatı son illər Avropada terror hücumlarının, eləcə də qurbanların sayının artdığını göstərən rəqəmləri yayır.

10 MİN 537 TERROR QURBANI

«The Washington Post» qəzeti yazır ki, terror hücumlarının xəritəsinə baxanda, onların insanı istənilən yerdə yaxalaya biləcəyini anlamaq olar: Berlində, kilsənin qarşısındakı bayram bazarında, Fransa küçələrində, Şotlandiya üzərindən uçan təyyarədə, ya da Rusiyanın kiçik bir şəhərində ilk dərs günündə…

Qəzet Avropada terrorun son 45 illik tarixinə nəzər salır və rəqəmlər hücumların son illər özəlliklə artdığını, hamıdan çox Rusiyanın, Böyük Britaniyanın, Ukrayna, İspaniya və Fransanın terror hücumlarına məruz qaldığını göstərir.

Merilend Universitetinin Qlobal Terror Haqda Məlumat Bazasındakı (GTD) bilgilər göstərir ki, 1970-ci ilin yanvarından 2015-ci ilin dekabrına qədər Avropada 10 min 537 adam terrorun qurbanı olub. Bunların çoxu partlayışlarda, tikililərə hücumlar zamanı, ya da girov götürülərək öldürülüb. Minlərlə adam yaralanıb, ya da itkin düşüb.

Ən çox itki 2014, 2015-ci illərdəki hücumlarda müşahidə edilib. 2004-cü ildən bu yana terrorçuların əsas hədəfi adi vətəndaşlar, dövlət rəsmiləri, iş adamları və mətbuat olub.

Berlində yük maşını Milad yarmarkasına çırpılıb – 9 ölü
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

50 DƏFƏ ARTIQ İTKİ

«Reuters» agentliyinin dərc etdiyi siyahı isə 2014-cü ildən bu yana Avropada törədilən terror aktlarının çoxunu «İslam Dövləti» (İŞİD) qruplaşması yaraqlılarının təşkil etdiyini, ya da təşkilatla əlaqəsi olan Suriya, Əfqanıstan, Pakistan, Mərakeş əsilli miqrantların yerinə yetirdiyini göstərir.

Amma «The Washington Post» başqa bir məqaləsində 2015-ci ildən başlayaraq Avropa və Amerikadan çox, Yaxın Şərq, Afrika və Asiya ölkələrinin terrordan əziyyət çəkdiyini vurğulayır. Həm də bu ölkələrdə terrordan ölənlərin sayı Avropadakılardan 50 dəfə çoxdur Qəzetin yazdığına görə, 2015-ci ilin yanvarından bu yana Avropa və ABŞ-a 46 hücumda 658 adam, dünyanın qalan yerlərinə –Yaxın Şərq, Afrika və Asiya ölkələrinə 2 min 63 hücumda 28 min 31 adam ölüb.

«The Washington Post» ötən ilin ən ağrılı hücumlarının Fransa, ABŞ-da qeydə alındığını, amma bu hücumların da dünyanın qalan hissələrində törədilən terror aktlarıyla müqayisədə kölgədə qaldığını qeyd edir. Bu il Fransada bir hücumda 80-dən çox, ABŞ-ın Orlando şəhərində isə 50-yə qədər adam öldürülüb. Amma Türkiyə, Banqladeş və Bağdadda terrorçular 3 hücumda 370-ə qədər adamı qətlə yetiriblər.

XS
SM
MD
LG