Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:01

Qondarma rejim Azərbaycanın təmas xəttinə qüvvə cəmlədiyini deyir (Video)


Qondarma rejimin "Müdafiə Nazirliyi" iddia edir ki, Azərbaycan ordusu təmas xəttinə canlı qüvvə və hərbi texnika toplayır.

Dağlıq Qarabağdakı qondarma rejim video yayıb.

Qondarma rejimin "Müdafiə Nazirliyi" iddia edir ki, videoda Azərbaycan ordusunun təmas xəttinə canlı qüvvə və hərbi texnika topladığı görünür.

Bundan öncə Azərbaycanın Müdafiə Nazirliyi təmas xəttinə qüvvə cəmləşdirməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatı təkzib etmişdi.

AZƏRTAC-ın sorğusunu cavablandıran nazirlik bildirib: “Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”.

Buna da bax: Ermənistanda kütləvi etirazlar davam edir

XS
SM
MD
LG