Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:39

Telia Telecom Özbəkistanda verilmiş rüşvətin cəriməsini ABŞ-da ödəyəcək


ABŞ prokurorları bildiriblər ki, Skandinaviyanın telekommunikasiya nəhəngi Telia vaxtilə Özbəkistanda verilmiş rüşvətlə bağlı illərdir davam edən cinayət işinə xitam verilməsi üçün 550 milyon dollar cərimə ödəməyə razılaşıb.

Razılaşma barədə sənədlər sentyabrın 21-də Manhattan sahə məhkəməsi tərəfindən tərtib edilib.

AzadlıqRadiosu bu razılaşmanı çoxsaylı beynəlxalq şirkətlərlə - mərhum Özbəkistan prezidenti İslam Karimovun qızı Gulnara arasında sövdələşmələrin çözülməsində son fəsil adlandırır.

Nyu York şəhəri Cənub sahəsinin prokurorları tərəfindən hazırlanmış yekun məhkəmə sənədlərində deyilir ki, Telia şirkəti ABŞ-ın Xaricdə Korrupsiya Hərəkətlərinə dair qanununu pozduğunu etiraf etdiyinə görə onun bu məsələni mühakiməsiz çozməsinə imkan tanınıb.

Bu barədə bir vaxtlar TeliaSonera adı ilə tanınan Telia şirkətinin bəyanatında deyilir ki, yekun razılaşma hələ əldə edilməyib, lakin Hollandiya prokurorluğu və ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası da daxil bütün hakimiyyət orqanları ilə razılığın əldə edilməsinə doğru əhəmiyyətli addım atılıb.

ABŞ prokurorları Telia, onun Özbəkistan filialı və bir Telia direktoruna qarşı Özbəkistanın hökumət rəsmilərinə 330 milyon dollar rüşvət verilməsi üçün sövdələşməyə girdiklərinə dair ittiham irəli sürmüşdülər. Bunun müqabilində şirkətə Mərkəzi Asiyanın ən böyük telekommunikasiya bazarı olan Özbəkistanda genişlənmək şəraiti yaradılmalıydı. Rüşvətlərin 2007-2010-cu illər arasında ödəndiyi bildirilir.

Xəbər verilir ki, İsveç rəsmiləri bu iş üzrə ayrıca olaraq öz istintaqlarını aparırlar.

Məhkəmə sənədlərində “Özbəkistan rəsmisinin” adı çəkilməsə də, başqa ABŞ və Avropa məhkəmələrinə aid hüquqi sənədlərdə, habelə media reportajlarında bu rəsminin Gulnara Karimova olduğu qeyd olunur.

Özbəkistan prokurorluğu iyul ayında bildirib ki, uzun müddətdir ictimaiyyət arasında gözə görünməyən və ev məhbusu olduğu düşünülən Karimova dələduzluq və maliyyə cinayətləri üzrə ittihamlarla həbs altındadır.

Gulnara Karimova
Gulnara Karimova

Bir vaxtlar beynəlxlq kübar qadın, moda dizayneri, pop musiqisi sənətçisi və incəsənət sərgilərinin təşkilatçısı, habelə ölkəsinin BMT səfiri kimi tanınan Karimovaya avtokrat atasının real varisi kimi baxılırdı.

Bu arada ABŞ rəsmiləri Özbəkistan hökuməti ilə Birləşmiş Ştatların müxtəlif banklarında dondurulmuş 600 milyon dollara dair danışqıları davam etdirirlər.

ABŞ hökuməti bu pulu Özbəkistana qaytaracağına işarə edib, lakin bildirib ki, bu vəsaitin necə xərclənəcəyinin şəffaflığının təmin edilməsini istəyir.

Bəzi məlumatlara görə özbək rəsmilər, onların ölkənin sərvəti hesab etdikləri vəsaitin necə xərclənməsinə dair ABŞ-ın bəyanatlarından əsəbilik keçirirlər.

Avqust ayında ABŞ Ədliyyə Nazirliyi və Özbəkistan hökuməti iki tərəf arasında son razılaşma üçün ayrılmış vaxtın uzadılması barədə razılığa gəliblər. Növbəti son müddət noyabrın 1-də başa çatır.

Telia Özbəkistanda verdiyi rüşvətə görə cərimələnən yeganə beynəlxalq firma deyil.

Fevral ayında Hollandiyada mənzillənmiş Rusiya VimpelCom şirkəti ABŞ məhkəməsində 795 milyon dollar cərimə ödəməyə razılaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG