Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:48

Sankt-Peterburq metrosundakı terrorda “Telegram” izi?


3 aprel 2017-ci il. Sankt-Peterburq metrosu

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin iyunun 26-da yaydığı məlumatda deyilir ki, terrorçular və onların “xaricdəki himayədarları” total şəkildə “Teleqram” App-ın messencerindən istifadə ediblər. Məlumata görə, Təhlükəsizlik Xidməti bununla bağlı etibarlı məlumat əldə edib:

"Operativ əməliyyat tədbirləri nəticəsində aprelin 3-də Sankt-Peterburq metrosundakı terror aktında canlı-bomba, onun əməkdaşları və xaricdəki "himayədərları" öz cinayət əməllərini gizlətmək üçün Telegramdan istifadə etməkləri haqda etibarlı məlumat əldə edilib" - Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.

Qeyd olunur ki, təxirəsalmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, terror qruplaşmaları öz niyyətlərini gerçəkləşdirmək üçün bir-birləri ilə messencerlər vasitəsi ilə əlaqə saxlayıblar. Bu messencerlər arasında da Telegram üstünlük təşkil edir.

İyulun 26-da mesencerin yaradıcısı Pavel Durov, Rabitə, İT və kütləvi kommunikasiyalara nəzarət xidmətinin rəhbəri Aleksandr Jarovu "2017-ci ildə kommunikasiyanın necə şifrələndiyini bilməməkdə" günahlandırıb.

Aprelin 3-də Sankt-Peterburq metrosunda törədilən partlayışda 14 nəfər ölüb, azı 50 nəfərsə xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG