Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Moskva və Sankt Peterburqda anonim bomba hədələri


Moskva, QUM. Bomba həyacanı.

Sentyabrın 14-də Rusiyanın Moskva və Sankt Peterburq şəhərlərində rəsmi orqanlar anonim bomba hədələri alıb.

Moskva polisindəki mənbələrin bildirməsinə görə, paytaxtın səkkiz məktəbindən 9 mindən çox adam çıxarılıb. Sankt Peterburqda isə bir neçə ticarət mərkəzindən yüzlərlə adam evakuasiya olunub.

Anonim hədələr telefonla edilib.

Buna da bax:​ Rusiyada terrorçuluqda şübhəli bilinən qrup yaxalanıb

“TELEFON TERRORÇULUĞU”

Sentyabrın 10-dan davam edən bu hədələr bir sıra şəhərlərdə məktəblər, ticarət mərkəzləri, teatrlar və universitetlərdən kütləvi təxliyələrlə sonuclanıb.

Ancaq heç bir halda bomba aşkarlanmayıb.

Kremlin sözçüsü Dmitry Peskov sentyabrın 14-də deyib ki, bomba hədələri “telefon terrorçuluğu”na bərabərdir.

Peskov onu da vurğulayıb ki, bu işi görənləri tapmaqdan ötrü “bütün gərəkən addımlar” atılır.

"RIA Novosti" xəbər agentliyi adı çəkilməyən təhlükəsiz rəsmisinə istinadla yazıb ki, müstəntiqlər zənglərin izinə düşə biliblər, onların İslam Dövləti (İŞİD) silahlı qruplaşması və digər təşkilatlara bağlı, xaricdə oturan adamlarla əlaqəsi üzə çıxıb.

Buna da bax: Suriyada təhlükəsiz zona üzrə razılaşma 'çox yaxındır'

İŞİD indiyədək Rusiyada bir neçə hücuma görə məsuliyyəti götürüb. Apreldə Sankt Peterburqda törədilmiş intiharçı hücumunda 14 nəfər həlak olmuşdu.

“SPEM-HÜCUM”

Sentyabrın 12-də Çelyabinsk regionunun polis sözçüsü Olga Shterk bomba hədələrini “spem-hücum” adlandırıb.

“Telefon zəngləri İnternet üzərindən edilib və bu səbəbdən onların haradan olunduğunu müəyyənləşdirmək çətin olacaq”, – Shterk deyib.

İlk bomba hədəsi sentyabrın 10-da edilib. Naməlum şəxs Omsk merinin ofisinə zəng edərək binada bomba olduğunu söyləyib.

Buna da bax:​ Sonuncu 'Bolotnaya məhbusu' Rusiyadan çıxıb

Moskvadakı polis mənbələrinə görə, sentyabrın 13-də azı 65 anonim bomba hədəsindən sonra 70-dək binadan 100 mindən çox adam təxliyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG