Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 01:11

Ermənistan prezidenti Serzh Sarkisian yeni seçilmiş İran prezidenti Hassan Rouhani-nin andiçmə mərasimində iştirak etmək üçün avqustun 5-də Tehrana səfər edəcək.

Rouhani bu il may ayının 19-da İranda keçirilən prezident seçkilərində qalib gələrək ikinci dəfə prezident seçilib. İranın xarici işlər naziri bildirib ki, mərasimə çoxsaylı xarici ölkə rəhbərləri qatılacaq.

Ermənistanın İranla uzunsürən yaxın münasibətləri mövcuddur. Ötən ilin dekabrında Yerevana rəsmi səfəri zamanı Rouhani bildirib ki, Ermənistana təbii qaz ixracını artıracaq və iqtisadi əlaqələri genişləndirəcək.

Ermənistan bu ilin sonunadək İranla sərhəd yaxınlığında “azad iqtisadi zona” yaratmağı planlaşdırır.

Sarkisian-la danışıqlardan sonra İran prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yollu ilə həllinə də çağırmışdı. Sarkisian isə öz növbəsində sözügedən münaqişə ilə bağlı Tehranın “balanslı” siyasət yürütdüyünü yüksək qiymətləndirmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG