Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:12

'Azərbaycana gətirilən buğda yemlikdən də keyfiyyətsizdir'


Taxıl (arxiv fotosu).

Azərbaycanda buğda idxalı və satışı 3 il müddətinə Əlavə Dəyər Vergisindən (ƏDV-dən) azad ediləcək. Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə belə nəzərdə tutulur.

Ekspert: ‘ƏDV-nin ləğvi inhisarçı məmurlara sərfəlidir’

Təklifə görə, buğda idxalı və satışı ilə yanaşı, buğda unu və çörəyin istehsal və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsinə gərək duyulur. Daha öncə bu il yanvarın 1-dən buğdanın, eləcə də buğda unu və çörəyin istehsal və satışı 1 il müddətinə ƏDV-dən azad edilmişdi. Məcəlləyə dəyişiklik bəyənilərsə, bütün bunlar daha 3 il ƏDV-dən azad olunacaq.

Buna da bax:​ Un və çörək ƏDV-dən azad olunur

Azərbaycan hökumətinin buğda idxalının zaman-zaman ƏDV-dən azadetmə təcrübəsi yeni deyil. Hökumət bu yolla qiymət artımının önünü kəsəcəyini düşünsə də, məsələyə fərqli yanaşanlar var.

“Əslində, hökumət ƏDV tətbiq etməklə...”

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun fikrincə, ƏDV-nin ləğvi hökumətin aqrar siyasətindəki çatışmazlıqlardan qaynaqlanır. ƏDV tətbiq etməklə, hökumətin, əslində, ölkədə taxılçılığın inkişafını stimullaşdırmaq istədiyini bildirən ekspert daha sonra deyir: “Ancaq hökumətin bu siyasəti baş tutmadığından, dövlət büdcəsi ikitərəfli itkiyə məruz qalır. Hökumət, bir yandan, büdcəyə çatacaq 18 faiz həcmində vəsaitdən imtina edir, o biri yandan, məsələn, buğda yetişdirməyə subsidiya ayırır. Məsələn, ötən il buğda istehsalına 50 milyon manata yaxın subsidiya ayrılmışdı. Bu, hələ son deyil. Kənd təsərrüfatı torpaq vergisindən başqa bütün vergilərdən də azaddır. Bununla yanaşı, keçən il kənd təsərrüfatına toplam 180 milyon manatdan çox subsidiya verilib. Büdcə bu qədər vəsait itirsə də, vətəndaşlar keyfiyyətli çörəklə təmin olunmurlar”.

Buna da bax:​ Buğda idxalı azalıb

“İdxal olunan buğda yemlik məhsuldan da keyfiyyətsizdir”

Ekspert bildirir ki, hazırda Qazaxıstan və Rusiyadan Azərbaycana gətirilən buğda 4-cü, 5-ci sinif buğdadan, yəni yemlik məhsuldan da keyfiyyətsizdir: “Bu gün hökumət strukturlarında elə adamlar var ki, onlar ölkəyə daha çox buğda idxalında maraqlıdırlar. Təsəvvür edin, hər il 1 milyon 400 min ton buğda gətirilir. Hər tonundan 1 manat qalırsa, görün, bu, nə qədər vəsaitdir. Heç bir əziyyət çəkmədən, heç bir problemi düşünmədən, bunun həlli ilə bağlı heç bir addım atılmadan, kabinetdə oturub milyonlarla vəsaitə sahib olursan. ƏDV-nin ləğv edilməsi inhisarçı məmurlara sərf edir”.

XS
SM
MD
LG