Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 03:52

Çexiyada "qanuni oğru" kimi saxlanan Tatulyana Yerevan diplomatik pasport verilibmiş


Ruben (Robson) Tatulian

Ermənistanın xarici işlər nazirliyi bu günlərdə Çexiyada saxlanan biznesmen Ruben Tatulyana diplomatik pasportun qanuni şəkildə verildiyini deyir.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti mayın 17-də Ermənistan xarici işlər nazirliyinin sözçüsü Tigran Balayana istinadla məlumat yayıb.

Amma Balayan diplomatik pasportun ona nəyə görə və hansı məqsədlə verilməsinə aydınlıq gətirməyib.

Xatırladaq ki, kütləvi informasiya vasitələrində “Robson” adı ilə tanınan Ruben Tatulyanın adı cinayətkar aləmlə əlaqələndirilir. Məlumatlara görə o, Rusiyanın Soçi şəhərində yaşayır.

Mənbə yazır ki, Ermənistan qanunlarına görə diplomat olmayan başqa şəxslərə diplomatik pasport, ölkə prezidentinin icazəsi ilə verilir.

Mənbə buna görə də prezident Serzh Sarkisianın mətbuat xidmətinə yazılı sorğu göndərdiyini bildirir.

Qeyd edək ki, bu günlərdə kütləvi informasiya vasitələrində Çexiyada Tatulyan və cinayətkar aləmə daxil olan bir sıra digər şəxslərin saxlanması barədə məlumat peyda olub.

Məlumatlara görə Tatulyanın üstündən Ermənistanın diplomatik pasportu çıxıb.

Mətbuatın yazdığına görə,həmin vaxt Çexiyada cinayətkar aləmin görüşü olmalı və “yeni qanuni oğrular”a ad verilməli imiş.

Amma Çexiyanın təhlükəsizlik qüvvələri bunun qarşısını alıb.

"Praym Kraym" saytının yazdığına görə yığıncaq Çexiyanın Karlovıx Varax kurort şəhərində keçirilməli imiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG