Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:46

Tatarıstanda milli kart məsələsi


 Tatarıstanın Dövlət şurası sədri Farid Mukhametshin (solda) və Tatarıstanın dövlət müşaviri Mintimer Shaimiyev (ortada) və Tatarıstanın prezidenti Rustam Minnikhanov
Tatarıstanın Dövlət şurası sədri Farid Mukhametshin (solda) və Tatarıstanın dövlət müşaviri Mintimer Shaimiyev (ortada) və Tatarıstanın prezidenti Rustam Minnikhanov

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması ərəfəsində Baltik respublikalarından tutmuş Orta Asiyayadək bütün regionda milli məsələ qabarıq üzə çıxdı. Məhz bu dövrdə bir sıra tatar milli və millətçi hərəkatları yarandı. Bunların arasında Ümumtatar ictimai mərkəzi, "İttifak" partiyası və "Azatlık" gənclər hərəkatı da var.

HÖKUMƏT ONDA AĞILLI TƏRPƏNDİ...

Tatar millətçilərinin liderləri də o zaman meydana çıxıb. Onların arasında ən çox tanınanlar Fauziya Bayramova, Rafis və Nafis Kashapovlardır. Sonra Tatarıstanın birinci prezidenti Mintimer Shaimiyev Moskva ilə münasibətlərdə milli kartdan çox savadlı yararlanaraq, onu respublikanın iqtisadi və siyasi suverenliyinə konvertasiya edə bildi.

Mintimer Shaimiyev və Boris Yeltsin, 1996
Mintimer Shaimiyev və Boris Yeltsin, 1996

Arxa plana keçirilmiş tatar millətçiləri tədricən sosial dəstəyi və siyasi təsir imkanlarını itirdilər. On il keçmiş dövlətin ekstremizmlə mübarizə kampaniyası kontekstində həmin şəxslər yenidən gündəmə gəldi.

Buna da bax: İki prezident dalaşanda...

2003-cü ildə Rafis Kashapov-a cinayət işi açıldı. Onu İraqa dəstək mitinqi zamanı milli nifaq salan vərəqələr yaymaqda ittiham etdilər. Ancaq hökumət yetərincə ağıllı tərpənərək Tatarıstanın siyasi hökmlərin kəsildiyi regionlar siyahısına düşməsini əngəllədi. Kashapova tam bəraət verildi, prokurorluqsa ondan rəsmən üzr istədi.

Kashapov-a ikinci cinayət işi isə 2009-cu ildə ittiham hökmüylə nəticələnib. Bu dəfə onu bloqunda "Xristianlaşdırmaya yox" adlı yazı da daxil olmaqla 6 materialın dərcində suçlayıblar. Kashapov il yarımlıq şərti cəzaya məhkum edilib. Bu ilin sentyabrında Avropa Məhkəməsi Kashapov-un şikayəti üzrə kommunikasiyaya başlayıb.

Rafis Kashapov məhkəmə qarşısında, 16 iyul 2015
Rafis Kashapov məhkəmə qarşısında, 16 iyul 2015

KRIM MƏQALƏSİNƏ GÖRƏ 3 İL HƏBS

2014-cü ilin sonlarında Rafis Kashapov yenidən saxlanılıb. Bu dəfə ona ekstremizm və separatizmə çağırış ittihamıyla cinayət işi açılıb. Səbəb Kashapov-un sosial şəbəkələrdə Krımdakı vəziyyətlə bağlı məqalə dərc etməsi idi. Məhkəmə ona koloniya rejimində üç illik həbs cəzası kəsib. Hazırda o həbsdədir. Kashapov 2018-ci il ərəfəsində azadlığa çıxmalıdır.

Buna da bax: Hollivud tanınmış prodüserin cinsi zorakılığını 30 il necə gizlədi

2014-cü ildə isə Fauziya Bayramova-ya millətlərarası ixtilafı qızışdırmaq ittihamıyla hökm oxunub. Ona Facebook-da paylaşdığı posta görə bir illik şərti cəza kəsilib. 2003-cü ildən bəri Tatarıstanda millətçiliklə bağlı 10-a qədər cinayət işi açılıb. Onlardan üçü Kashapov barəsindədir. Yeddisi isə son 3 ildə açılıb.

2016-cı ildə "Altın Urda" Tatar Vətənpərvər Cəbhəsinin lideri Danis Safargali təqibə məruz qalıb. Bu il avqustun 31-də məhkəmə onu "VKontakte" sosial şəbəkəsində yaydığı 15 posta görə 3 illik həbs cəzasına məhkum edib. Vətəndaş fəalı Ayrat Shakirov da özünə qarşı açılmış cinayət işinin tatar milli hərəkatı ilə bağlı olduğunu deyir.

Buna da bax: Rusiyada yeni pul vahidləri buraxılıb

MİLLİ KİMLİK BÖHRANI NECƏ YARANDI

Rafis Kashapov-a hökm oxunduğu gün tanınmış tatar yazıçısı Aydar Halim-lə bağlı cinayət işi açılıb. O, Kazanın Ivan Qroznı tərəfindən tutulmasının ildönümündə tatar xalqının yaddaş və matəm günü mitinqində çıxış edib. Buna görə onu nifrət və nifaq yaratmaqda suçlayırlar. Qeyd edək ki, Aydar Halim müasir tatar mədəniyyəti üçün çox böyük əhəmiyyət kəsb edir. O, tatar ədəbiyyatının canlı klassiklərindən sayılır.

Aydar Khalim, 29.09.2015
Aydar Khalim, 29.09.2015

Hökumət tatar millətçilərini marginallaşdırmaq və kriminallaşdırmaqla, faktiki, hazırda qızışmış milli kimlik böhranına şərait yaradıb. Qeyd edək ki, təqiblərə məruz qalan ictimai xadimlərin heç biri zorakılığa çağırış etməyib. Onların çıxışları adi polemika qaydalarına uyğundur. Onların hər birini, sadəcə, dövlət siyasətindən daha radikal baxışlara görə ittiham ediblər.

Buna da bax: AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Ancaq bu şəxslərin spektrdən kənarlaşdırılması Tatarıstan Respublikasının hakim dairələrini, faktiki, ən radikal kəsimə çevirib. İndi artıq tatar dilinin tədrisinin vacibliyi haqda istənilən söhbətlər hökumət rəsmilərinin dilindən eşidiləndə radikalizm kimi qəbul edilir. Tatarıstanın Federasiya çərçivəsində xüsusi statusuna dair müqavilənin uzadılması mövzusu isə separatizmə çağırış kimi qələmə verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG