Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:50

Tatarıstan elitasının tərkibi


Tatarstanın xəritəsi

Tatarıstan elitosentrik (elitanın mərkəzi rol oynadığı) respublikadır. Hakimiyyət və biznesdən tutmuş din və mədəniyyətə qədər, federal gündəmə aid olmayan nə varsa, hamısı elitanın qərarlarından və hərəkətlərindən asılıdır.

Bu haqda Azad Avropa/ AzadlıqRadiosu-nun Idel.Реалии portalı yazır.

Oxşarlıqlar

Tatarıstanda elitalar eynicinsli deyil, onlar bir neçə qrupa bölünür. Ancaq onları birləşdirən ümumi cəhətlər var:

Buna da bax:​ Orta Asiyada 'saray uşaqları' necə böyüyür

1) Həm biznesdə, həm də hakimiyyətdə münaqişələri susdurmaq cəhdləri;

2) Tatarıstanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün səviyyələrində etatizm. Siyasi elitaya daxil olmaq avtomatik olaraq həm hakimiyyət, həm də iqtisadi resurslara çıxışı təmin edir;

3) Monosentrizm və bir əlin idarəçiliyi – əsas qərarları (hətta xarici şirkətlərin Tatarıstan bazarına gəlməsiylə bağlı qərarları da) respublika prezidenti verir. Prezidentə tam sədaqət nümayiş etdirmək mütləqdir;

4) Klanlılıq. Burada söhbət qohumluq əlaqələri, yerlilik və birgə iş təcrübəsindən gedir;

5) Elitanın yuxarı eşalonlarında "varyaqların" olmaması. Yaranan qarşıdurmalar zamanı qruplardan heç biri federal mərkəzin arbitrajından istifadə etmir;

6) Çeviklik və mövcud ziddiyyətləri aradan qaldırmaq bacarığı. 1998-ci il çevrilişinin bəzi iştirakçıları yenidən respublika hakimiyyətinə qayıdıb;

7) Elitanın tərkibində kişilər mütləq üstünlük təşkil edirlər.

Buna da bax: Rusiyanın 10 ən zəngin ailəsinin siyahısı açıqlandı

Tatarstan siyasətçiləri
Tatarstan siyasətçiləri

Elita çoxmərtəbəlidir

Daha doğrusu, söhbət üç səviyyədən gedir:

1) Top-menecment: baş nazir, prezident və nazirlər kabineti aparatlarının rəhbərləri, TAİF holdinqinin rəhbərləri, Dövlət Şurasının spikeri;

2) Orta təbəqə: nazirlər və əsas rayonların rəhbərləri, respublika üçün mühüm müəssisələrin rəhbərləri, güc strukturlarının rəhbərləri;

3) Birinci təbəqə: bəzi əsas nazir müavinləri, iri idarələrin, ali təhsil məktəblərinin rəhbərləri, digər müəssisələrin, rayonların rəhbərləri, Dövlət Şurasının deputatları, yüksək məhkəmə hakimiyyəti.

Bundan başqa elitaətrafı qrup sayılan nomenklatura var. Bura qalan nazir müavinləri, bələdiyyə rayonlarının icra komitələrinin rəhbərləri, dövlət müəssisələrinin və iri rayon müəssisələrinin rəhbərləri daxildir.

Buna da bax:​ Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı

Elitada keyfiyyət dəyişikliyi baş verir:

1) Partiya nomenklaturası tədricən gedir, elita gəncləşir.

2) Elitanın uşaqlarının üzdə olması (Kamila və Timur Shaimiyevlər, Radik Minnahmetov, Mintimer Mingazov). Bu mühitdə dostluq münasibətləri qohumluq əlaqələrindən daha çox rol oynayır.

2) Siyasi rəhbərlərin dəyişməsi – 2010-cu ildən bəri nazirlik, idarə və rayon rəhbərliklərinin tərkibinin 80%-dən çoxu dəyişib.

3) Kənd mədəniyyəti amilinin görünən dərəcədə azalması, ən uğurlu beynəlxalq təcrübələrə daha yüksək diqqət.

4) Qərar qəbuletmədə iştirak edən şəxslərin sayının artması. Söhbət mənşəyinə və etnik mənsubiyyətinə baxmayaraq, işgüzar keyfiyyətlərinə görə bu mühitə daxil edilən insanlardan gedir. Ancaq bu halda da onların birinci şəxsə loyallığı əsas götürülür.

Buna da bax: 'Hakim elita zərəri kasıb təbəqəyə ödətdirir'

Elitaya yeni şəxslərin cəlbi zamanı onların bacarığı və səriştəsi ən vacib meyara çevrilməyə başlayır. "Birgə iş təcrübəsi" amili də buradan qaynaqlanır. Elitanın uşaqları bir qayda olaraq xaricdə biznes sahəsində yaxşı təhsil alırlar. Tatarıstan Respublikasının İnvestisiya İnkişafı Agentliyinin rəhbəri Taliya Minullinanı misal göstərmək olar.

Tatarstan. Taliya Minnulina
Tatarstan. Taliya Minnulina

Orta təbəqədə rusların sayı artır

5) Texnokratizmə can atma, "Tatarstan uğurlu biznes korporasiyasıdır" ideologiyası.

6) Etnik tərkibin dəyişməsi, elitanın orta təbəqəsində rusların sayının artması

7) Federal elitaya inteqrasiya səviyyəsinin yüksəlməsi. Elitanın orta və birinci təbəqələrinin tərkibinin federal və Moskva nomenklaturalarına təqdim edilməsi. (Rusiya Federasiyasının informasiya və əlaqələr naziri Nikolay Nikiforov və Rosprirodnadzorun rəhbəri Artyom Sidorov belə şəxslərdəndir).

Tatarstan. Nikolay Nikiforov
Tatarstan. Nikolay Nikiforov

8) Federal mərkəzdə Tatarıstan nümayəndələrinin və lobbiçilərin, deputat korpusunun gücləndirilməsi.

9) Bir sıra elita qruplarının təsirinin zəifləməsi və yeni klanların yaranması

10) İdarəçilik mədəniyyətinin sərtləşməsi - iş intensivliyinin yüksəlməsi, qəbul edilən qərarlara görə şəxsi məsuliyyətin artması.

Günün bütün mövzuları

XS
SM
MD
LG