Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:14

"Krım tatarları ekstremist deyillər": Aksiyalar


Krım - Bağçasarayda həbs edilmiş Krım tatarlarının məhkəməsi. 12 oktyabr

Rusiyanın ilhaq etdiyi Krım bölgəsində Krım tatarlarının etiraz aksiyaları keçirilib.

Polis 50-cən etirazçını saxlayıb. Onlar izahat alınandan sonra sərbəst buraxılıblar.

Bu aksiyaların çoxu təkadamlıq olub.

Aksiyaçılar hüquq-mühafizə orqanlarının apardığı son həbslərə etiraz ediblər.

Onlar müxtəlif yerlərdə yolların kənarında dayanaraq "Mənim xalqım terrorçu deyil", "Krım tatarları ekstremist deyillər" kimi şüarlar qaldırıblar.

Son həftələrdə hüquq-mühafizə orqanları bu bölgədə onlarla tatar həbs ediblər.

Onlar Rusiyada qadağan edilmiş "Təbliği-camaat", "Hizb üt-təhrir" kimi ekstremist təşkilatlarla əlaqədə suçlanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG