Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:19

Taleh Xasmammədov buraxılsa da cinayət işi qalır


Hüquq müdafiəçisi Taleh Xasməmmədov - 2013

Aprelin 21-də sərbəst buraxılan hüquq müdafiəçisi Taleh Xasməmmədov 2 gün saxlanmasına və sonra baş verənlərə münasibət bildirib.
O, vurğulayıb ki, Göyçay Rayon Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Onun deməsinə görə, Göyçay Rayon Polis Şöbəsində aprelin 19-da barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (xuiqanlıq) ilə cinayət işi başlanıb:

“İttihama görə guya mən şöbənin kabinetlərinin birində 3 nəfər polis işçisinə qarşı xuliqanlıq edərək onlara xəsarət yetirib və paqonlarını sökmüşəm. Əslində, xəsarət alan özüməm və bu, tibbi ekspertiza rəyində öz əksini tapıb. Aprelin 21-də rayon məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə keçirilən prosesdə rayon prokurorluğunun həbs qətimkan tədbiri seçilmesi haqda təqdimatına baxıldı. Məhkəmənin qərarı ilə təqdimat təmin edilmədi və məhkəmə zalından azad olundum. Ancaq buna baxmayaraq cinayət təqibi davam edir”.

Taleh Xasməmmədovun anası Gülbuta Xasməmmədov da AzadliqRadiosuna bildirib ki, məhkəmə qapalı keçirilib və oğlunu çox sayda polisin nəzarəti altında prosesə gətiriblər:

“Sanki terrorçunu gətirirdilər”

“Talehin bu cür vəziyyətdə məhkəməyə gətirilməsindən dəhşətə gəldik, sanki terrorçunu gətirirdilər. Amma bizə hüquq müdafiəçisi Novella Cəfəroğlu ümid vermişdi ki, oğlunuzu 3 gündən artıq saxlamayaacqlar. Elə də oldu, aprelin 19-da saxladılar 2 gün sonra buraxdılar”.

Aprelin 19-da Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti APA agentliyinə bildrirmişdi ki, Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları T.Xasməmmədovu yol-hərəkət qaydasını pozduğuna görə saxlayıblar. Üstəlik, onun idarə etdiyi avtomobilin cəriməsi olduğu açıqlanıb.

Mətbuat xidməti vurğulayırdı ki, Taleh Xasməmmədov DYPB-in rəisinin iş otağına gələrək cəriməni dəbbə pulu ilə birlikdə ödənilməsi istəyi qarşısnda xuliqanlıq edib:

“Oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən üç polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib”.

Xatırlatma

T.Xasməmmədov əvvəlcə 2011-ci ilin noyabrında həbs edilib. 2012-ci ilin aprelində Göyçay Rayon Məhkəməsi onu xuliqanlıqda və polisə müqavimətdə ittiham edərək 4 il azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar onu «vicdan məhbusu» sayıb. Prezident İ.Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

T.Xasməmmədov ikinci dəfə 2015-ci il iyulun 22-də Göyçay Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. O, bu dəfə də xuliqanlıqda ittiham olunub. Hüquq müdafiəçisi ittihamları rədd edib və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyib. 2016-cı ilin martında yenidən prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG