Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:40

Yaxınları Taleh Bağırovun "kars"a salındığını deyirlər


İllüstrasiya, Nardaran hadisələrinə görə ittiham olunanlar
İllüstrasiya, Nardaran hadisələrinə görə ittiham olunanlar

Nardaran hadisələrinə görə həbsdə olan şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və bu qurumun üzvü Abbas Hüseynovun yaxınları onların Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında yenə cərimə kamerasına ("kars"a) salındıqlarını deyirlər. Taleh Bağırovun yaxınları AzadlıqRadiosuna deyiblər ki, onların hr ikisi dekabrın 14-dən "kars"dadırlar.

Dekabrın 14-də yaşananlar
Məlumata əsasən, dekabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində yaşananlar Taleh Bağırov və Abbas Hüseynovun cəzalandırılmasına səbəb olub. Həmin məhkəmə iclasında Taleh Bağırov məhkəmə salonunda özünü jurnalist kimi təqdim edib əyləşmiş şəxsin, əslində, polis olduğunu, xüsusi tapşırıqla bura göndərildiyini bildirib və onun çıxarılmasını tələb edib. Bu üzdən, Taleh Bağırovla arasında mübahisə doğduğundan, həmin şəxs məhkəmə salonunda hakimlərin yararlandığı qapıdan çıxarılıb.

İnsidentdən sonra...
İnsidentdən sonra hakim Taleh Bağırovun özünün də məhkəmədən uzaqlaşdırılmasına qərar verib. Abbas Hüseynov və digər təqsirləndirilən şəxslər buna etiraz ediblər.

Yaxınlarının dediyinə görə, Taleh Bağırov və Abbas Hüseynova verilən "kars" cəzasının müddəti 5 gündür.

İlahiyyatçı Taleh Bağırov və Abbas Hüseynov daha əvvəllər də istintaq təcridxanasına salınıblar. Onların hər ikisi məhkəmə çıxışlarında, dövlət başçısı da daxil, hökuməti sərt tənqidə tutublar.

Xatırlatma:

Taleh Bağırov və Abbas Hüseynov ötən il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı həbs olunublar. Onlar 20-dən artıq maddə ilə, o cümlədən qəsdən adamöldürmə, dövlət çevrilişinə cəhd, qanunsuz silahsaxlama və başqa əməllərdə suçlanırlar. Hər iki şəxs özünü təqsirli bilmir, ittihamların quraşdıldığını, Nardaran əməliyyatında həlak olanların hamısını polislərin öldürdüyünü, həbs edilərkən və daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını deyirlər. Daxili İşlər Nazirliyi, o cümlədən adıçıkilən idarə deyilənləri təkzib edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG