Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:50

Tacikistan polisinə əvvəl arıqlamaq, sonra teatra getmək əmri verilib


Tacikistan polisləri,10noyr2014
Tacikistan polisləri,10noyr2014

Bir müddət öncə Tacikistan rəhbərliyi ölkə polisinə arıqlamaq əmri vermişdi. İndi isə polisə özünü teatr oturacaqlarına yerləşdirmək tapşırılıb.

Tacikistanın Daxili işlər naziri Ramazon Rahimzoda polis əməkdaşları və nazirliyin digər işçilərinə ayda, ən azı, bir dəfə teatra getmək barədə əmr verib. Bu addım, görünür, yoxsul Orta Asiya respublikasında polis əməkdaşlarının imicini və iş keyfiyyətini yüksəltməyə yönəlib.

Buna da bax:​ Tacikistan terrorçu 'ixracı' üzrə dünya 'liderinə' necə çevrildi

QƏRAR BÜTÜN ƏMƏKDAŞLARA AİDDİR

Nazir bu qərarı ötən həftə, digər yüksək rütbəli məmurlarla birlikdə Düşənbədəki Abdulkasim Lahuti adına Dövlət Dram Teatrında tamaşaya baxdıqdan sonra verib.

Nazirliyin mətbuat xidmətindən Umarjoni Emomali aprelin 11-də AzadlıqRadiosu-nun tacik xidmətinə bildirib ki, tamaşalara baxmaq polisin mənəvi və əxlaqi dünyagörüşünü artırmağa və onun ağır iş günündən sonra dincəlməsinə xidmət edəcək.

Umarjoni Emomali
Umarjoni Emomali

"Qərar qəbul edilib ki, polis əməkdaşları, ən azı, ayda bir dəfə, fərqli günlərdə teatra getməlidir. Bu qərar Daxili İşlər rütbəsindən asılı olmayaraq, nazirliyinin ölkə ərazisində fəaliyyət göstərən bütün əməkdaşlarına şamil edilir", – deyə nazirliyin sözçüsü bildirib.

Buna da bax:​ "Dini məhdudiyyət çox olanda radikallıq artır"

Umarjoni Emomali qeyd edib ki, ötən həftə nazir Rahimzoda-nın özü şəxsən aktyorları uğurlu tamaşa münasibətilə təbrik edib. Tamaşanın müəllifi isə ölkənin keçmiş Mədəniyyət naziri Nur Tabarovdur.

“HƏR AY TEATRA GETMƏK FİKRİNDƏYİK”

Nazirlik rəsmisinin sözlərinə görə, bundan sonra nazir bir az da irəliyə gedərək aktyorlara bildirib ki, "biz hər ay teatra getmək fikrindəyik". O qeyd edib ki, bundan sonra istər paytaxtda, istərsə də əyalətlərdə polis əməkdaşları ən son teatr tamaşalarından xəbərdar olacaqlar.

Bu təşəbbüs Daxili İşlər Nazirliyinin daha bir maraqlı təlimatından sonra irəli sürülüb. Həmin təlimata görə, polis arıqlamalı, artıq çəkidən azad olmalı, nəticədə onun imici yaxşılaşmalı idi.

Buna da bax:​ 'Prezidentin öz oğlunu mer təyin etməsi qanunidir'

Polis əməkdaşlarına artıq çəkidən azad olmağa müəyyən vaxt verilmiş, bu müddətdə arıqlaya bilməzlərsə, işdən azad ediləcəkləri deyilmişdi. Nazirlik onlara təlimata əməl edə bilməkdən ötrü vəzifə başında olmadıqları saatlarda idmanla məşğul olmağı tövsiyə etmişdi.

Hüquq müdafiə təşkilatları və əleyhdarları 1992-ci ildən Tacikistanı idarə edən prezident Emomali Rahmon-un fərqli fikrə və tənqidə dözümsüz yanaşdığını, tənqidçilərinə təzyiq göstərdiyini bildirirlər.

ƏN BÖYÜK LAYİHƏLƏR

Emomali Rahmon
Emomali Rahmon

2015-ci ildə prezident Emomali Rahmon bütün Orta Asiya regionunda ən böyük teatr binasının tikilməsi barədə əmr verib. Teatr binasının yoxsul ölkənin büdcəsinə 100 milyon dollara başa gələcəyi bildirilir. Ancaq SSRİ-nin dağılmasından sonra ölkə əhalisinin teatra marağı xeyli azalıb.

Buna da bax:​ Tacikistan hakimiyyət “AzadlıqRadiosu” müxbirlərinin akkreditasiyasını ləğv elədi

2012-ci ildə ölkədə Orta Asiya regionunun ən böyük kitabxanası açılıb. Amma hökumət kitabxananın kitablarla doldurulmasında ictimaiyyətdən kömək istəyib.

Hökumətin gerçəkləşdirdiyi daha bir bahalı layihə paytaxt Düşənbədə tikilmiş bayraq dirəyidir.

Hazırda Tacikistan iqtisadiyyatı Rusiyaya axışan əmək miqrantlarının evə göndərdikləri qazanclarından asılıdır.

Buna da bax:​ Miqrantları soyundurur, elektroşok verirlərmiş

Ötən il 64 yaşlı Emomali Rahmon-un ölkə konstitusiyasına etdiyi dəyişiklik ona sonsuz sayda prezident seçilmək səlahiyyəti verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG