Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:19

'Nümunəvi imam oğlunu orduya, qızını universitetə göndərməlidir'


Tacikistan. Emomali Rahmonla dindarların görüşü. 15Fev2017

Tacikistanda din xadimlərini cəmiyyətə örnək olmağa çağırıblar. Onların oğulları orduda xidmət etməli, qızları isə ali təhsil almalıdır.

Hazırda ölkədə orduya yaz çağırış kampaniyası keçirilir. Eyni zamanda abiturientlərin Milli test imtahanına qeydiyyatı davam edir.

“CƏMİYYƏTƏ ETALON OLMALIDIRLAR”

Tacikistanın dini işlər üzrə dövlət komitəsinin nümayəndələri qeyd edirlər ki, bugünə qədər din xadimlərinin bir qismi qızlarının təhsil almasına mane olur. BMT-nin araşdırması üzə çıxarıb ki, tacik qızlarının 30%-i 9-cu sinfi bitirəndən sonra təhsilini davam etdirmir. Bu, yoxsulluq və cəmiyyətin dini qaydaları ilə izah olunur.

Buna da bax:​ Tacikistanda azı 10 aparıcı məmur korrupsiyaya görə həbs olunub

Dini məsələlər üzrə dövlət komitəsinin mətbuat xidmətinin rəhbəri Afshin Mukim AzadlıqRadiosu-nun tacik xidmətinə müsahibəsində bildirib ki, xüsusi yaradılmış işçi qrup imam xətiblərlə görüşüb və onlara cəmiyyətə örnək olmağın vacibliyini izah edib.

Afshin Muqim
Afshin Muqim

«Əgər imam xətibin oğlu orduda xidmət keçərsə, onun vətən qarşısında borc haqda dedikləri daha həqiqi olar. Buna görə də onların özləri cəmiyyətə etalon olmalıdırlar», – deyə Afshin Mukim qeyd edib.

“VƏTƏNİMİZİ ƏMƏLDƏ SEVMƏLİYİK”

Ölkənin Obburdon-Matça rayonundakı "İmom Buxori" məscidinin imamı Saidhomid Niyozov oğlu Tacikistanın silahlı qüvvələrində xidmət edən az sayda ruhanidən biridir. O, dindar gənclər arasında orduda xidmətin vacibliyini təbliğ edir.

Buna da bax: 'Prezidentin öz oğlunu mer təyin etməsi qanunidir'

Niyozov AzadlıqRadiosu-na müsahibəsində bildirib ki, hazırda onun qızları qısamüddətli peşəkar kurs keçirlər. «Öz vətənimizi sözdə yox, əməldə sevməliyik. Sevgimi konkret əməllərlə göstərməyə çalışıram», – deyə imam qeyd edib.

Tacikistanın Matça rayonunun dini məsələlər şöbəsinin rəhbəri Nazar Mukim AzadlıqRadiosu-na deyib ki, hazırkı çağırış kampaniyası gedişində "İmom Buxari" məscidinin beş gənc daimi ziyarətçisi orduya yollanıb. «Bizim imam-xətiblərimiz çox fəaldırlar. Axı Molla Saidhomid-in özü başqalarına örnəkdir. O, öz oğlunu hərbi xidmətə göndərib. Ona görə onun sözləri də başqa gənclərə təsir edib. Başqa məscidlərin də hərəsinin 2-3 ziyarətçisi orduya gedib », – o deyir.

İLK HAL

Tacikistanlı ekspert Saadi Namozov qeyd edir ki, uzun illər boyu din xadimləri hərbi xidmətin təbliğində fəal rol oynayırlar. Ancaq onun sözlərinə görə, ilk dəfədir ki, onları bu məsələdə başqalarına nümunə olmağa çağırırlar. Namozovun sözlərinə görə, dindar ailələrdən olan gənclərin çoxu orduya getməkdən boyun qaçırır, qızlarsa ali təhsil almırlar.

Buna da bax:​ Tacikistan yeni tədris modelinə keçir

Duşənbədə məscid. 17iyul2015
Duşənbədə məscid. 17iyul2015

«İmam-xətiblərin oğulları atalarının yolu ilə gedir, qızları isə qapalı həyat sürür. Bir neçə il öncəyədək onlar heç məktəbə də getmirdilər. İndi isə hökumət oturuşmuş stereotipləri qıraraq başqalarına göstərmək istəyir ki, din xadimlərinin oğullarının silahlı qüvvələrdə xidmət etməsi, qızlarınınsa universitetdə oxuması qətiyyən dini qaydalara zidd deyil. Əksinə, din bunu alqışlayır", – o deyir.

“VƏTƏNƏ DƏ BORCUMUZU QAYTARMALIYIQ”

Tacikistanın üləmalar şurasının rəhbəri Saidmukarram Abdulkodirzada da bunu alqışlayır. O, AzadlıqRadiosu-na müsahibəsində bildirib ki, imam-xətiblər həm də Tacikistan cəmiyyətinin ayrılmaz hissəsidirlər və insanlara örnək göstərməlidirlər.

Buna da bax: Tacikistan qan qohumlarının evlənməsini qadağan etmək istəyir

«Təkcə valideynlərimizə yox, vətənə də borcumuzu qaytarmalıyıq, özü də hərbi xidmət keçməklə. Din xadiminin oğlusan, yoxsa hər hansı başqa vətəndaşın, bu, vacib deyil. Qız uşağına gəlincə, islam qadının məziyyətlərini, təmizliyini və təhsilini hər şeydən üstün tutur. Ana olacaq qızın təhsili olması bütün ailənin təhsilli olması deməkdir», – deyə o əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG