Prezident Emomali Rahmonun milli soyadlarındakı slavyan şəkilçilərinin ləğvinə dair fərmanının ardınca daha bir vəzifəli rəsmi - Tacikistanın xarici işlər naziri soyadını dəyişib.
Sirodjiddin Aslov bu dəyişiklik barədə rəsmi açıqlama verməsə də, soyadındakı dəyişiklik onun nazirliyin saytındakı bioqrafiyasında görünür.
Tacikistan Xarici İşlər Nazirliyinin sözçüsü mayın 23-də AzadlqıRadiosuna deyib ki, nazirin familiyası iki-üç əvvəl dəyişdirilib və tacik ənənələrinə uyğun olaraq Muhriddin olub.
Rahmon 2007-ci ildə öz soyadını Rakhmonovdan Rahmona dəyişdikdən sonra vətənpərvərliyin gücləndirilməsi üçün vətəndaşların da soyadlarındakı slavyan şəkilçilərinin dəyişdirilməsinə çağırıb.
Bu çağırışın ardınca nazirlər, dövlət qulluqçuları və prezidentin öz övladları soyadlarını dəyişiblər.
Tacikistanda 2016-cı ildə qüvvəyə minmiş yeni qanun yenu doğulan uşaqların doğum şəhadətnaməsinə rus sonluqlu soyadlarının yazılmasını qadağan edir.