Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:17

Tacikistan islamçıları hökuməti ittiham edirlər


Tacikistanda İslami İntibah Partiyası 2015-ci ildə qadağan edilib
Tacikistanda İslami İntibah Partiyası 2015-ci ildə qadağan edilib

Tacikistan islamçıları hökuməti ittiham edirlər

Tacikistanın İslami İntibah Partiyası (TİİP) bildirib ki, təşkilat özünün bu ölkədəki fəaliyyətini üç il bundan əvvəl, Ali Məhkəmə onu qadağan edəndən dayandırsa da, hökumətin onun davamçılarını həbs etməsi dayanmaq bilmir.

İyunun 11-də yaydığı bəyanatda TİİP Tacikistan hökumətini “müxalifəti, xüsusilə də onun üzvlərini hədəfləməkdə” ittiham edib.

Rəsmi Düşənbə islamçıların bu ittihamlarını dərhal rədd edib.

TİİP bildirir ki, 2017-ci ilin əvvəlindən bu yana təşkilatın 100-dən artıq keçmiş üzvü saxlanıb. Təşkilat onlardan ikisinin işgəncələrdən vəfat etdiyini iddia edir.

TİİP-in təqdim etdiyi siyahıda bu iki şəxsin adı Komil Khojanazarov və Hoji Ghaybullo olaraq verilib.

Bəyanatda bu da bildirlir ki, saxlananlardan 27-sinə 3 ildən 25 ilədək həbsxana hökmü oxunub. Onlardan bir çoxuna qarşı Sələfi hərəkatı ilə əməkdaşlıq ittihamı irəli sürülüb.

Siyahıdakı 27 nəfərin arasında 32 yaşlı Alijon Sharipov-un da adı var. O TİİP barədə materilları sosial mediada bəyəndiyinə və paylaşdığına görə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin bəyanatda bu da qeyd edilir ki, saxlanan yüz nəfərin əksəriyyəti sonradan azad edilib.

Tacikistan İslami İntibah Partiyasının lideri Muhiddin Kabiri
Tacikistan İslami İntibah Partiyasının lideri Muhiddin Kabiri

Partiya Tacikistan hökumətini “saxlananların təhqir edilməsində, döyülməsində və qısnanmasında” ittiham edib. TİİP hökuməti habelə saxlananların ailə üzvlərindən pul qoparmaqda ittiham edir.

Daxili İşlər Nazirliyi iyunun 11-də bu iddia və ittihamları rədd edib, lakin təfərrüatlara varmayıb.

Tacikistanın Ali Məhkəməsi bütün Mərkəzi Asiyada yeganə rəsmi islami partiya olan TİİP-i 2015-ci ildə”terrorçu təşkilat” kimi qadağan edib.

Bu qərarın ardınca Tacikistanda bu partiyanın onlarca üzvü həbs edilib.

TİİP-in lideri Muhiddin Kabiri-yə qarşı terrorçuluq ittihamları irəli sürülüb. O hazırda xaricdə “könüllü sürgündə” yaşayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG