Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:58

Bakirəlik söhbəti gəlinin intiharıyla sonuclandı


Rajabbi Khurshed
Rajabbi Khurshed

Tacikistanın istintaq orqanları ölkənin Vose rayonunun 18 yaşlı sakini Rajabbi Khurshed-in ölüm səbəblərini araşdırırlar. R.Khurshed toyundan az sonra həyatına son qoyub. Cinayət işi çərçivəsində müstəntiqlər bəyi Zafar Pirov-u da dindiriblər.

R.Khurshed və Çorboq qışlağının sakini Z.Pirov ilk dəfə toy günü tanış olublar. Toy gecəsində gəlinin bakirəliyi üstündə mübahisə yaranıb.

ƏRİ ONU TƏKRAR MÜAYİNƏYƏ APARIB

Rajabbi-nin yaxınlarının sözlərinə görə, o, toya qədər bütün tibbi müayinələrdən keçib, ona genetik müayinənin aparılması və sağlamlıq barədə iki arayış verilib. Tacikistandakı yeni qaydalara görə, nikahlarını qeydiyyatdan keçirmək istəyənlər sağlamlıqları haqda arayışı uyğun dövlət qurumuna təqdim etməlidirlər. QİÇS, hepatit və başqa xəstəliklərin daşıyıcısı olan adamlara evlənmək və ya ərə getmək qadağan edilə bilər.

Təzəbəy Z.Pirov gəlinin bakirəliyinə şübhə edib və onu Düşənbə şəhərinə təkrar müayinəyə aparıb. Həkimlər müayinədən sonra gəlinin toya qədər bakirə olduğunu deyiblər. Ancaq Pirov bundan sonra da sakitləşməyib. İttiham və hədələr gənc cütlüyün həyatının ayrılmaz hissəsinə çevrilib. İyunun 22-də Rajabbi özünə qəsd etmək qərarına gəlib. Gəlinin qardaşının YouTube-a yerləşdirdiyi videoda Rajabbi deyir ki, bundan sonra daha yaşamaq istəmir və özünə qəsd etməyə hazırlaşır. Elə həmin gecə o, sirkə turşusu içib. Rajabbi-ni xəstəxanaya göndərsələr də, həkimlər ona kömək edə bilməyiblər. Onların sözlərinə görə, Rajabbi-nin böyrəkləri daha fəaliyyət göstərməyib.

Rajabbi Khurshed
Rajabbi Khurshed

Rajabbi-nin anası Fazila Mirzoeva əmindir ki, qızını intihar həddinə çatdırıblar.

«Ərinin onu təkrar müayinə üçün Düşənbəyə apardığını eşidəndə onlara gedib dedim ki, qızımı geri, öz yanıma aparmaq istəyirəm. Ancaq Zafar-ın anası məni əmin elədi ki, anlaşılmazlıq artıq yoluna qoyulub və narahatlığa elə bir səbəb yoxdur», – deyə gəlinin anası iyunun 29-da Azadlıq Radiosunun tacik xidmətinə bildirib.

Onun sözlərinə görə, intihardan bir qədər öncə aralarında qısa söhbət zamanı Rajabbi deyib ki, əri ona küçəyə çıxmağı qəti qadağan edib.

QAYDALAR

Ənənəvi tacik cəmiyyətində qəbul olunmuş qaydalara görə, qız ərə getməzdən öncə bakirə olmalıdır. Toy gecəsində onun bakirə olmadığı ortaya çıxarsa, qızı böyük biabırçılıqla bəy evindən qovurlar. Adətən, belə qızları sonradan valideynləri də qəbul etmir. Onların şərəfi və nüfuzu isə ömürlük ləkələnmiş olur.

Müsəlman cəmiyyətlərində qədimdən ərə gedən qızların bakirəliyi və təmizliyi ilə bağlı çox yüksək tələblər olub. Buna görə də, əksər valideynlər öz qızlarını sərt qaydalarla tərbiyə edirlər.

Tacikistanın Respublika Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinə bakirəliyin təsdiqlənməsi üçün ildə yüzlərlə müraciət daxil olur. Adətən, belə müraciətləri bakirə olmamaqda suçlanaraq bəy evindən qovulan qızların valideynləri edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG