Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 03:01

Çobanlar sərhədçilərə hücum edib, yoxsa?


Tacikstan sərhədi

Tacik və Özbək hökuməti aprelin 15-də Mərkəzi Asiya sərhədi yaxınlığında ölümlə baş verən hadisə ilə bağlı ziddiyətli şərhlər verirlər.

Tacikstanın Sərhəd Xidmətindən aprelin 17-də AzadlıqRadiosuna deyiblər ki, Özbəkstan sərhədçiləri qanunsuz Tacikstan ərazisinə keçib, iki tacik vətəndaşına atəş açıb. Biri ölüb, digəri yaralanıb.

Özbəkistanın Dövlət Sərhəd Təhlükəsizliyi Komitəsindən isə bildiriblər ki, 3 nəfər tacik çoban səhrədçilərə hücum çəkib. Onlar da özlərini müdafiə məqsədi ilə atəş açıblar.

Rəsmi məlumatda deyilir ki, hadisə aprelin 15-də çobanlar və onların mal-qaralarının qanunsuz olaraq 50 metr Özbəkistan ərazisinə keçəndən sonra baş verib.

1400 km-lik Tacik-Özbək sərhədinin 20 faizi mübahisəli olaraq qalır. Keçmiş Sovət ölkələri olan Özbəkistan, Tacikstan, Qırğızstanda belə hadisələr vaxtaşırı baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG