Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:26

ABŞ “Anadolu” agentliyinin yazdıqlarından narahatdır


Suriya, arxiv foto

ABŞ MüdafiəNazirliyi Türkiyə hökumətinə Anadolu rəsmi informasiya agentliyinin Suriyanın şimalında ABŞ hərbi bazalarının yerləşməsi barədə məlumat nəşr etməsindən narahatlığını bildirib.

AzadlıqRadiosuna açıqlamasında Pentaqonun sözçüsü mayor Adrian Rankine Galloway deyib ki, bu cür məlumatlar koalisiya qüvvələrinin fəaliyyətini zərbə altına qoyur və “İslam Dövləti” adlı silahlı qruplaşmaya qarşı hərbi əməliyyatların təşkilinə maneçilik yaradır. Rankine onu da bildirib ki, bu cür məlumatların mənbəyi barədə də hər hansı qeyd yoxdur.

Suriyada silahlı münaqişənin gedişində Vaşinqtonla Ankara arasında fikir ayrılığı getdikcə güclənir. Vaşinqton müxalifət tərəfində döyüşən kürd üsyançıları da dəstəkləyir. Ankara isə hesab edir ki, Suriya kürdlərinin qadağan olunmuş Türkiyə Kürd Fəhlə Partiyası ilə bağlılığı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG