Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:43

Dəməşqdəki partlayışda ölənlərin sayı artıb


Suriya, 10 mart 2017

Suriyanın Dəməşq şəhərində şiə ziyarətgahında ölənlərin sayı 74-ə çatıb. Bu barədə Suriya İnsan Hüquqları Monitorinq Mərkəzi martın 12-də xəbər yayıb.

Məlumata görə, ölənlər arasında 54 mülki, 20 təhlükəsizlik xidməti əməkdaşı var.

Ölənlərin çoxu İraq zəvvarları olub.

Mərkəzdən Frans Press xəbər agentliyinə bildirilib ki, zəvvarları daşıyan avtobus Dəməşqdə Köhnə şəhərdə Bab al Şagir ərasızindən keçəndə intiharçı özünü partladıb.

Yaralılar da var və bəzilərinin vəziyyəti ktitikdir, məlumatda deyilir.

Hələlik, hücumla bağlı məsuliyyəti heç bir hərbi qruplaşma öz öhdəsinə götürməyib.

Şiələr tez-tez sünni ekstremist qüvvələrin hədəfi olur. Suriyadakı Seyid Zeynəb türbəsi bir neçə dəfə hücuma məruz qalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG