Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:51

'Kürdlərin Putin-lə yatağa girməsi'


Suriyada kürd döyüşçülər.
Suriyada kürd döyüşçülər.

Məlumatlara görə, Moskva Suriya kürdləri ilə razılığa gəlib, kürdlərin nəzarətində olan Afrində Rusiya bazası quracaq. «Newsweek» dərgisində keçmiş Pentaqon rəsmisi Michael Rubin yazır ki, bu sövdələşmə reallaşsa, Rusiya bundan xeyli faydalanar.

SURİYADA 3-CÜ HƏRBİ OBYEKT

Suriyada vətəndaş müharibəsi başlamazdan öncə Rusiyanın Sovet İttifaqının hüdudlarından kənarda yeganə hərbi bazası Tartus limanındaydı. Rusiya Suriya müharibəsinə rəsmən müdaxilə edəndən sonra Latakiya yaxınlığında Hmeymim hava bazasını ələ keçirdi və oradan heç çıxmadı.

Beləliklə, Afrin bazası Rusiyanın Suriya daxilində üçüncü hərbi obyektinə çevriləcək.

Müəllif sual edir ki, bəs axı, kürdlər amerikapərəst idilər, birdən-birə nə baş verdi? Əslində, elədir, amma kürd xalqına nisbətən, kürdlərin rəhbərləri bu hissdə elə də səmimi deyillər və səbəbsiz də deyil. Suriya kürdləri illərdir ABŞ ordusuyla hərbi əməkdaşlıq edir və bu da bəhrəsini verib. Kürdlərin YPG qruplaşması Suriyada islamçı radikallarla döyüşən qüvvədir.

Suriyada Rusiya hərbçiləri.
Suriyada Rusiya hərbçiləri.

RUSİYA VƏ ABŞ BRENDİ

«İndi kürdlərin Rusiyaya yan almasının səbəbi, sadəcə, ABŞ-ın yanlış diplomatiyasıdır. Suriyada Demokratik Birlik Partiyasının (PYD) siyasi rəhbəri Salih Muslim dəfələrlə ABŞ vizası əldə edərək Vaşinqtona getmək, həm siyasi məsləhətləşmələr aparmaq, həm də daha geniş ABŞ izləyicilərinə Suriya müharibəsindən danışmaq istəyib. ABŞ Dövlət Departamenti dəfələrlə ona rədd cavabı verib. Keçmiş dövlət katibi John Kerry «Müsəlman Qardaşlığı» fəallarını Vaşinqtona gətirməyə tərəddüd etməyib, amma İŞİD qruplaşmasıyla savaşan qrupun siyasi rəhbərini gətirmək istəməyib... Dövlət katibi Rex Tillerson da həmin siyasəti davam etdirməkdədir», – müəllif yazır.

Yazıda qeyd olunur ki, Rusiya Yaxın Şərqdə Birləşmiş Ştatların müttəfiqlərini əlindən almağa çalışır. Amma Rusiya brendi heç vaxt Amerika kimi güclü ola bilməz, əgər Birləşmiş Ştatlar da bunu təklif eləsə.

«Təəssüf ki, Birləşmiş Ştatlar buraxılış gecəsi bütün təklifləri rədd edən, sonucda tək qalan xudpəsənd qıza çevrilib. Demokratlar və Respublikaçılar Amerikanın nüfuzunun bərpası, Rusiyanın Yaxın Şərqdə genişlənməsinin önlənməsinə ciddi yanaşırlarsa, dostlarımızı dəyərləndirmək, onların son sığınacaq yeri kimi Moskvaya doğru getməsini əngəlləməyin vaxtıdır», – keçmiş Pentaqon rəsmisi vurğulayır.

XS
SM
MD
LG