Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:22

Hökumət Hələbdə atəşkəs təkliflərini rədd edir


Hələbi bu günə salıblar
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Hələbi bu günə salıblar

Suriya və Rusiyanın hərbi qüvvələri Hələb şəhərini ələ keçirməkdədirlər. Fəallar şəhərin artıq əldən getdiyini, qiyamçılar isə mövqelərinin cəmi 20%-nə nəzarəti saxladıqlarını deyirlər.

ÇOX QORXURLAR

Qərb, eləcə də qiyamçılar əhalinin şəhərdən çıxması üçün hökumətdən 5-günlük atəşkəs istəyiblər. BBC yazır ki, 10 minlərlə adam hökumət qüvvələrindən qorxduğuna görə hələ də qiyamçıların əlində olan kiçik əraziyə sığınıb. Onlar əsir götürülməkdən, həbslərdən, işgəncələrdən ehtiyatlanırlar. Bir hələbli müəllim BBC-yə müsahibəsində qiyamçılar tərəfə xeyli sakinin toplandığını söyləyib: «Adam var ki, heç nə etməyib, 4-5 ildir ki, heç bir şey etməyiblər, sadəcə, evlərində qalmaq istəyiblər, amma indi hökumət qüvvələri onları da tutublar».

Hələb qiyamçılarının yaydığı bəyanatda əhalinin qorunmalı, ya da Suriya prezidenti Bashar al-Assad tərəfdarlarının təsirindən kənar yerlərə köçürülməli olduğu deyilir.

BBC-nin Hələbdəki müxbiri Lyse Doucet şəhərdə ərzaq olmadığını, xəstəxanaların işləmədiyini söyləyir. Gülləbaran isə davam edir...

RUSİYASIZ QƏRAR VERİLMƏYİB

ABŞ, Britaniya, Fransa, Almaniya, İtaliya və Kanada dünən-dekabrın 7-də birgə müraciət hazırlayaraq, Hələbdə təcili atəşkəsin elan olunmasını, şəhərə BMT yardımının çatdırmağa imkan verilməsini istəyiblər. Müraciətdə Rusiya və Suriya ordusunun yardıma əngəl olması pislənib.

Suriya və Rusiya atəşkəs tələblərini qətiyyətlə rədd edir. Suriya prezidenti Bashar al-Assad yerli mətbuata müsahibəsində Hələbin ələ keçirilməsinin çox böyük addım olacağını, vətəndaş müharibəsinə son qoymasa da, gedişatı dəyişəcəyini, onları qələbəyə yaxınlaşdıracağını söyləyib. «Atəşkəsi hamıdan çox amerikalılar istəyirlər, çünki onların terrorçu casusları çətin duruma düşüb... Suriyanı azad etmək barədə qərar qəbul edilib, Hələb də bunun bir hissəsidir». B.Assad «Al Watan» qəzetinə müsahibəsində belə deyib. Suriya prezidenti terrorçuların hər yerdə olduğunu, terrorla müharibəni Hələbi tutandan sonra da davam etdirəcəklərini vurğulayıb.

B.Assad həmçinin, Rusiyayla müzakirə etmədən heç bir qərar çıxarmadıqlarını vurğulayıb.

XS
SM
MD
LG