Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:38

Putin Suriyada ölən rus hərbçilərdən danışdı


Suriyada rus helikopterləri (fevral)
Suriyada rus helikopterləri (fevral)

-

Rusiya prezidenti Vladimir Putin Kremldə Suriyadakı əməliyyatın iştirakçılarına və ölmüş əsgərlərin həyat yoldaşlarına mükafatların təqdim edilməsi münasibətilə təşkil edilmiş qəbulda Suriyada həlak olmuş Fyodor Juravlyov adlı hərbçinin xatirəsini yad edib.

Beləliklə o, hərbçinin həlak olması ilə bağlı dörd aylıq sükutu pozub. 27 yaşlı Juravlyov Suriya kampaniyasında həyatını itirmiş beşinci rus hərbçisidir.

Reuters-in etibarlı mənbəyə istinadən verdiyi xəbərə görə, Bryansk vilayətində dəfn olunmuş Juravlyov xüsusi təyinatlı hissədə xidmət edirmiş. Rusiya hakim dairələri bu vaxta qədər xüsusi təyinatların Suriya ərazisindəki əməliyyatda iştirakını etiraf etmirdilər.

Onlar deyirdilər ki, Rusiya hərbi qüvvələri Suriyada hava zərbələri endirir, Suriya hərbçilərinə təlim keçir, Rusiya hərbi hissələrini qoruyur və aviasiya itkilər verən zaman pilotların axtarışını və xilasını həyata keçirir.

Bu vaxta qədər Rusiya KİV-ləri dörd hərbçinin öldüyünü bildirirdi.

Rusiyanın Suriyada hərbi kampaniyası sentyabrın 30-dan martın 15-nədək davam edib. Martın 15-də Putin Rusiya hərbi kontingentinin əsas hissəsinin Suriyadan çıxarılması barədə əmr verib. Bu kontingentin sayı hələ də rəsmən elan edilməyib.

XS
SM
MD
LG