Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:51

Suriya ilə bağlı danışıqlara silahlı müxalifət də dəvət olunub


Suriya danışıqları, Qazaxıstan, Astana, 24 yanvar 2017

Suriyada sülhü bərpa etmək üçün Astanada fevralın 15-16-da keçiriləcək danışıqlara Suriya hakimiyyəti, silahlı müxalifəti, BMT-nin bu ölkə üzrə xüsusi səfiri Staffan de Mistura və amerikalı müşahidəçilər də dəvət olunub.

Kazaxıstan XİN-in yaydığı məlumata görə, danışıqlarda əsas məsələ atəşkəsin yaradılması və Suriyanın bölgələrində stabillik yaradılması üçün konkret tədbirlər görülməsi olacaq.

Danışıqlarda vasitəçi Bashar Assad rejimini müdafiə edən Rusiyadır. Türkiyə yardımçı vasitəçidir.

Fevralın 20-də Cenevrədə Suriya böhranı ilə bağlı danışıqlar keçiriləcək.

BMT-nin məlumatına görə, 6 ildir davam edən silahlı münaqişədə Suriyada 300 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG