Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:28

ABŞ Suriyada Rusiya ilə işləməkdə 'çətinlik çəkir'


John Sullivan
John Sullivan

Moskva Qərb ölkələrinin Suriyada 30 günlük atəşkəs elan etmək çağırışına müqavimət göstərdikdən sonra vəzifəli ABŞ diplomatı Suriyada Rusiya ilə işləməyin “daha da çətinləşdiyini” deyib.

ABŞ dövlət katibinin müavini John J. Sullivan fevralın 23-də Brüsseldə müxbirlərə deyib: "Biz ümumi məqsəd üçün əməkdaşlıq şəraitində işləyə biləcəyimiz məsələ və sahələrdə indiyədək çox gərgin iş görmüşük. Suriya bunlardan biridir. İslam Dövləti adlı təşkilata qarşı kampaniya davam etdikcə ruslarla işləmək daha da çətin olub”.

John J. Sullivan-ın bu bəyanatı BMT Təhlükəsizlik Şurasında Suriya boyunca 30 günlük atəşkəsin elan edilməsinə dair məsələnin planlaşdırılan səsverməsindən əvvəl verilib. Atəşkəs humanitar yardımın çatdırılması, habelə yaralı və xəstə mülkilərin evakuasiyası üçün lazımdır.

Fransa və Almaniya liderləri Rusiya prezidenti Vladimir Putini atəşkəsi dəstəkləməyə çağırırlar, lakin Moskva ABŞ-ın dəstəklədiyi qiyamçılardan bu atəşkəsə ehtiram ediləcəyinə dair “qarantiyalar” istədiyini bildirərək çağırışlara müqavimət göstərir.

Bu məsələ üzrə Təhülkəsizlik Şurasındakı səsvermə fevralın 23-də keçirilməli idi, lakin Qərb və Rusiya diplomatları arasında danışıqların davam etdiyinə görə iki dəfə təxirə salınıb. Qərb diplomatları Moskvanı veto qoymamağa inandırmağa çalışırlar.

Son günlərdə Suriya hökumət qüvvələrinin Dəməşqin qiyamçıların nəzarətində olan ətraflarına aviasiya və artilleriya zərbələri endirməsi Qərb paytaxtlarında, BMT-də və humanitar təşkilatlarda hiddət doğurub. Bu zərbələr nəticəsində son 6 gündə təxminən 450 nəfər həlak olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG